Mayamidə ABŞ və Ukrayna nümayəndələrinin sülh danışıqlarından sonra ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Rusiyaya yola düşüb. Yolüstü İrlandiya paytaxtında Zelenski ilə də görüşəcək. Ağ Evin son bəyanatı isə belədir:
“Administrasiya çox nikbindir. Floridada ukraynalılarla çox yaxşı danışıqlar aparılmış. İndi isə, əlbəttə ki, xüsusi nümayəndə Vitkov Rusiyaya gedir. <…> Biz [planın] bəndlərini kağız üzərində qeyd etdik. Bu bəndlər xeyli dəqiqləşdirilib. Təfərrüatlara gəldikdə, onları müzakirənii danışıqlar aparanların özlərinə buraxacağıq. Ümumənsə, olduqca pozitivik, ümid də edirik ki, bu iş nəhayət başa çatacaq”, Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib.
Daha əvvəl Kreml prezident Vladimir Putinlə ABŞ-ın xüsusi elçisi arasında danışıqların 2 dekabr günortadan sonraya planlaşdırıldığını açıqlamışdı. Görək necə olur bu vacib qlobal problem. Doğrusu elə çox optimistlik yoxdur, Ukrayna ərazi keçən deyil, Rusiya inadından. Bəlkə Rusiya düşdüyü çətinlik, ya Trampdan gələn böyük iqtisadi maraq Putini yola gətirə.
