22.6 C
Bakı
29 İyun 2026 08:21
Dünya

Rusiyada gizir rütbəsi alan pişik: “Poqon” və forma hazırlanır – FOTO

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsində xidmət edən pişik “Tolik” üçün nazirliyin geyim forması hazırlanır.

 

Tacxeber.com“RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlik əməkdaşları tərəfindən pişikdən geyim ölçüləri götürülüb.

 

Qeyd edək ki, “Tolik” hər gün yanğınsöndürənləri çöl səfərlərində müşayiət edir, işdən sonra onlarla görüşür və qarovulda iştirak edir.

 

Bundan əlavə, o, qarnizonda asayişi, komandanın mənəvi-psixoloji vəziyyətini qoruyur. Rusiya FHN xilasetmə dəstəsinin simvoluna çevrilən pişik “Tolik”ə bir müddət əvvəl gizir xüsusi rütbəsi verilib. Pişik üçün “poqon” da hazırlanıb.


Tacxeber.com

Oxşar xəbərlər

Bəşər Əsədə daha bir şok: Atasının sümüklərini oğurladılar – VİDEO

redaktor

“Natəvanın heykəlinin götürülməsi ilə bağlı heç bir niyyətimiz yoxdur”

redaktor

Şevçenko inkar etdi: Yeltsin belə söz deməyib!

redaktor