CəmiyyətDinDünyaGündəmSiyasət

Dindən Siyasətə: Şiə liderlərinin qarşı-qarşıya gələn fəlsəfəsi

Neçə gündür Xamenei, Xomeyni və Sistani arasında baxış bucaqlarını oxuyuram. Əvvəla qısa məlumat verim.

Dini-hüquqi və fətva nüfuzu baxımından Sistani, Xomeynidən qat-qat üstün alimdir. Əgər ulduz versək, Sistani 6 ulduzlu generaldırsa, Xomeyni 4 ulduzlu.

İndiki Xamenei isə ümumən onların heç birinə tay deyil. Sistani fıqh və dini elmlər üzrə yüksək səviyyəli mütəxəssisdir, geniş fətvaları və dərsləri ilə tanınır. Xamenei isə Xomeyni öldüyü vaxt (1989) hələ ayətullah deyildi, Höccətül-islam tituluna sahib idi. İranın Ekspertlər Şurası onu ali rəhbər seçmək üçün təcili şəkildə “ayətullah” titulunu verdi.

Siğə (mütə nikah)

Hər iki tərəfə görə siğə halaldır.

Sadəcə Sistani deyir ki, tamam dul qadın və kişinin ürəyi seks istəyə bilər, amma siğəyə ehtiyatla yanaşılmalıdır, reklamı olmamalıdır:

-Siğə geniş istifadə olunarsa, ailə institutuna zərər verə bilər

-Cəmiyyətdə əxlaqi problemlər yarada bilər

-İnsanların bundan sui-istifadə etmə ehtimalı yüksəkdir

Xomeyni və Xamenei siğəni geniş şəkildə dəstəkləyir. Cəmiyyət üçün normal bir halal mexanizm sayır və bəzən bunun “biznes üsulunu” da təşkil ediblər. Nəticədə bəzi hallarda siğə vacibatdan çox pul qazanmaq üsuluna çevrilib.

Hicab

Hər iki tərəf hicabı vacib sayır.

Sistani: Əsas prinsip fitnəyə yol verməmək və əxlaqa riayət etməkdir. Qadın ədəbli geyinir və hicab taxmırsa, heç bir fiziki cəza yoxdur. Çadranın yerinə istifadə olunan geyimlər onun kimi ədəbli olsa, eybi yoxdur.

Xomeyni və Xamenei: Daha qəti və dövlət səviyyəsində məcburi hesab edirlər. Bugünə qədər hicabın düzgün taxılmamasına görə yüz minlərlə qadın həbs və cəza alıb.

Tatbir (baş yarmaq)

Xomeyni: Əvvəllər bəzi istinadlarda icazə verdiyi göstərilir, amma sonrakı mərhələdə əleyhinə olsa da, tədbirlərdə göz yumub. Bu ənənə indi də davam edir.

Sistani: Daha sərt qadağa qoyur:

Qan çıxarmaqla özünə zərər vurmaq haramdır

Tatbir, zəncir və bədənə kəsik vurmaq şiddətlə qadağandır

Namaz

Hər iki tərəf namazı vacib sayır.

Sistani: Namaz vacibdir, lakin fərdi vicdan və şərait ön plandadır

Xomeyni: Namazın qılınışında məcburi cəmiyyət qaydalarına uyğunluq vurğulanır

Başqa ölkələrin işinə qarışmaq

Burada ən böyük fərq görünür.

Xomeyni və Xamenei:

-“İslam inqilabı bütün müsəlman ölkələrinə yayılmalıdır” prinsipini müdafiə edirlər. İslam inqlabı dedikdə də öz yaşadıqları dini nəzərdə tuturlar.

-Digər ölkələrdəki şiə icmalarını dəstəkləmək lazımdır

-“Zülmə qarşı mübarizə” adı ilə xarici siyasi proseslərə müdaxilə icazəlidir, bəzən vacibdir

-Xomeyni fikrincə, dini rəhbər yalnız dini işlə məşğul olmamalıdır, siyasi hakimiyyət də tutmalıdır

Sistani:

-Hər xalq öz ölkəsinin taleyini özü həll etməlidir

-Hətta “dini qardaşlıq” adı ilə olsa belə, qonşu ölkələrin daxili işinə qarışmaq qadağandır

-İran İslamın mərkəzi deyil, heç bir ölkə İrandan asılı olmamalıdır (özünün iranlı olmasına baxmayaraq)

-Din Allaha bəndə arasındakı vasitədir, bu üzdən siyasətdən ayrı olmalıdır

-Din aliminin işi ölkəni idarə etmək yox, dövlətə tövsiyə verməkdir

Nəticə
Sistani: Ənənəvi şiəliyi qoruyur, dini nüfuzu siyasətdən ayrı saxlayaraq inancın saflığını qorumağa çalışır.

Xomeyni və Xamenei: İran tərəfindən mutasiya edilmiş, yeni bir dini baxış və siyasət modelini həyata keçiriblər. Bu da ölkə əhalisini planetin ən dinsiz xalqlarından biri olmasına gətirib çıxardıb.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Hazırda İsrail qoşunları Şamın cəmi 25 kilometrliyində dayanıb.

admin

Ona görə də musiqi karyeramı atıb universitetə getməli oldum” – Müslüm Maqomayevin Amerikadakı qızı

admin

Şəhid ailələri bu vergilərdən azad edilir

redaktor