15 C
Bakı
22 Aprel 2026 19:09
CəmiyyətGündəmSiyasət

Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

Bu haqda Gültəkin Hacıbəyli Facebook hesabında paylaşım edib:

“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam.

Bu ölkədə Ramiz Mehdiyevin mənə nə zülmlər yaratdığını İlham Əliyevdən yaxşı bilən yoxdur. Ancaq görünür, bütün bunların heç bir rolu yox imiş.

Mən əmniyyət işçilərinə “sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm” desəm də, görünür, sifariş çox sərt olduğu üçün, şans vermədilər.

Ramiz Mehdiyevlə əlaqəsi olandan şərəfsiz insan yoxdur, günahsız olduğum halda məni şərləyənləri ilə Allaha tapşırıram!”

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İlham Əliyevdən Bərxudarovla bağlı mühüm sərəncam

redaktor

Saxta xəbər: Azərbaycan ən xoşbəxt ölkələr sıralamasında 147 ölkə arasında 94-cü yeri alıb.

admin

Rusiyanın nüvə sənayesinə zərbə… – Zelenski

redaktor