CəmiyyətSiyasət

Cəmil Həsənli Azərbaycandan getmək istəyib

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan getmək istəyib.

Tacxeber.com xəbər verir ki, Cəmil Həsənli sosial şəbəkədə özü bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.

Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı “təxirəsalınmaz ailə tədbirinə” gedirdi? Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib…

Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun “təkzib”i Türkiyədən verdiyi məlum olmuşdu.

Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb.

Onu da qeyd edək ki, vaxtilə Rusiyada “Milyarderlər ittifaqı”nın namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə sirr deyil.

 

Tacxeber.com

Oxşar xəbərlər

Koenin gəldi, Rusiya səfirini geri çağırdı – Ermənistan ətrafında nə baş verir?

admin

Bu 𝗥𝘂𝘀𝗶𝘆𝗮𝗻ı𝗻 𝗯ö𝘆ü𝗸 𝘀𝘁𝗿𝗮𝘁𝗲𝗷𝗶 𝗺əğ𝗹𝘂𝗯𝗶𝘆𝘆ə𝘁𝗹ə𝗿𝗶𝗻ə ç𝗲𝘃𝗿𝗶𝗹ir

admin

Əli İnsanovdan müxalifətə SƏRT SÖZLƏR: “30 ildə nə etmisiniz? Susun, İlham Əliyev işini görsün”

redaktor