DünyaGündəmSiyasət

Yermakın istefası nə deməkdir?

Dünən axşam Ukrayna Prezident Ofisinin (PO) rəhbəri Andrey Yermak istefa verdi. Bu hadisə çoxsaylı “pərdəarxası” proseslərə müəyyən aydınlıq gətirdi. Onların izahının həddən uzun olacağını nəzərə alaraq, mən bir neçə məsələyə sxematik toxunacam.

Tramp Yeni ilədək Ukrayna müharibəsinin dayandırmaqda israrlıdır. O, küncə sıxılıb və tələsir. Buna görə də Putinin əksər şərtlərini qəbul etməyə hazırdır. AVqustda yazmışdım ki, Tramp Zelenskiyə noyabr ayınadək vaxt verib.

Yermakı istefaya göndərməklə MAGA-çılar sionistlərə növbəti zərbəni vurdular. Bu cavabsız qalmayacaq – sionistlərin cavab zərbəsini gözləməliyik.

Zelenski Yermakı qoruya bilmədi. Əslində Yermak üçün qarant Zelenski yox, onun arxasında dayanan Britaniya və onun timsalında avroatlamtistlər idi. Belə çıxır ki, avroatlantistlər Zelenskiyə verdikləri zəmanəti təmin edə bilmədilər. Yəni indiyədək Zelenski avroatlantistlərə arxalanıb, Trampa “kəllə ata” bilirdisə, indi bunu etmək həyati riskə çevrilə bilər.

Zelenskinin Yermakın vəzifəsinə növbəti namizəd axtarışına çıxdığını elan edirsə, deməli, hələlik ona toxunulmayacağı bildirilib. Bu təminatı kim verə bilər? Yuxarıda yazdılarımı nəzərə alsaq, yalnız Tramp. Təminat müqabilində Zelenski nələri etməlidir? Ayrı mövzudur – imkan olsa, yazaram.

Zelenskiyə təminat verilibsə, Yermaka cinayət işi açılmayacaq. Dünən Yermak cəbhəyə ön xəttə gedəcəyini bəyan edib. Əlbəttə, o bu qədər sərvəti cəbhədə ölmək üçün toplamayıb. Güman ki, o, ABŞ-ın “şahidlərin müdafiəsi” proqramı çərçivəsində “itiriləcək”, lakin xəbər yayılacaq ki, cəbhədə həlak oldu (itkin düşdü). Yermak ABŞ-ın gizli xüsusi nəzarətində saxlanılacaq.

Ukraynadakı on, bəlkə də yüz milyardlarla ölçülən korrupsiya piramidasının başında Zelenskinin dayandığını güman etmək sadəlövhlük olardı. Sponsorların marağında olmasaydı, nə Zelenski bu qədər arxayın oğurlaya bilərdi, nə də ona bu qədər böyük vəsait ayrılardı. Korrupsiyanın bir ucu ABŞ-ın demokratik partiyasına, bir ucu Londona, bir ucu da Brüsselə gedib çıxır. Buna görə də indiyədək onlar Zelenskini bərk-bərk “qucaqlamışdılar”. Mən bunu çoxdan gözləyrdim.

Tramp, 5-ci bənddə yazdığım kimi, Yermakı gizlədəcək – inanmıram ki, onu ABŞ-da gizlədəcək. Bu zaman Yermakdan Zelenskiyə, demokratlara və avroatlantistlərə qarşı bütün kampromatlar “sağılacaq”. Zelenskiyə qarşı kompromatlar onu “cızığında” saxlamaq, demokratlara qarşı kompomatlar 2026-cı il seçkilərində onları biabır etmək, avroatlantistlərə qarşı kompromatlar Trampa qarşı mübarizədə Londonu və Brüsseli neytrallaşdırmaq üçün istifadə ediləcək.

Yuxarıdakı bəndə əsasən Yermak “pərdəarxası” mübarizədə ən əhəmiyyətli fiqurdur. Deməli, ABŞ Yermakı qorumaq istədiyi kimi onunla əks cəbhədə olanlar da onu aradan götürməyə çalışacaqlar. Məntiqlə Yermak tezliklə ölməsə, “itməlidir”.

Korrupsiya məsələsində Yermak qədər olmasa da Zelenski də çox şey bilir. Yəni qlobal Ukrayna korrupsiyasında 2-ci “düyün nöqtəsi” Zelenskidir. İndiyədək Zelenskinin şəxsi mühafizəsini Britaniya SAS-ı həyata keçirirdi. Yəqin ki, ABŞ onu Britaniyadan almağa çalışacaq. Buna nail ola biləcəkmi? Bilmirəm. Məntiqlə Britaniya Zelenskini verməməlidir, bu “təsadüfən” Zelenskinin ölümü (və ya intiharı) ilə nəticələnsə də.

PO rəhbərinin kim təyin olunacağı da maraqlıdır. Məntiqlə ABŞ-ın adamı təyin olunmalıdır: ya David Araxamiya, ya Aleksey Danilov və ya başqa birisi. Adları hallandırılan digər namizədlər Londonun və ya Brüsselin namizədləridir – onların təyin olunacağına inanmıram. Təyin olunarlarsa, deməli, Tramp TAKO ləğəbini yenə təsdiq edəcək. Bu şəxsin kimin adamı olması çox vacibdir. Çünki ən yaxın adamını qoruya bilməyən Zelenski artıq həm ölkə daxilində, həm də xaricində bütün nüfuzunu itirdi, onunla danışıqlar aparmağın, sövdələşməyə getməyin mənası yoxdur, çünki arxası boşdur. Həm də hamıya bəllidir ki, onun hakimiyyəti çox çəkməyəcək. Faktiki hakimiyyət PO-nun rəhbərində olacaq. Ukraynanın yaxın gələcəyinə formal cavabdeh şəxs məhz o olacaq.

Qısa bu qədər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Havanın mülayim keçməsinin səbəbi açıqlandı

redaktor

Zelenski Roma Papası ilə vida mərasimində iştirak etməyəcək

redaktor

Bakı Qarabağda kiminlə dil tapa bilər? – “Bu o adamlar olacaq ki…”

admin