DünyaSiyasət

İran: “ABŞ Ukrayna münaqişəsində nəticə əldə edə bilməyib”

İranın ali dini lideri Əli Xamenei ABŞ-ın Ukraynada münaqişəni qızışdırdığını, bölgəyə ciddi ziyan vurduğunu, lakin buna baxmayaraq istədiyi nəticəni əldə edə bilmədiyini bildirib.

Tacxeber.comxəbər verir ki, bu barədə Xamenei xarici mediaya açıqlamasında danışıb.

Onun sözlərinə görə, ABŞ prezidenti münaqişəni qısa müddətdə həll edəcəyini vəd etsə də, bir ildən sonra ABŞ Ukraynanı “28 bəndlik planı” qəbul etməyə məcbur edir:
“ABŞ-ın prezidenti üç gün ərzində məsələni həll edəcəyini deyirdi, lakin bir il sonra münaqişəyə sürüklədiyi ölkəyə zorla 28 maddəlik plan tətbiq edir”, – Xamenei vurğulayıb.

Bundan əvvəl – noyabrın 21-də Fox News radiosuna müsahibəsində ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşmanı istisna etmədiyini, lakin şərtlər barədə hələlik məlumat verməyəcəyini söyləyib.

Prezident Tramp həmçinin noyabrın 19-da İranın Vaşinqtonla yeni nüvə sazişi əldə etmək niyyətində olduğunu xatırladıb.

İran Xarici İşlər Nazirliyindəki mənbə isə noyabrın 16-da bəyan edib ki, ABŞ mövqeyini dəyişəcəyi təqdirdə Tehran İran–ABŞ danışıqlarına hazırdır. Mənbənin sözlərinə görə, İran bütün tərəflərə uyğun kompromis həll variantının tapılmasında maraqlıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan qərar: 43 ölkə vətəndaşı ABŞ-yə girə bilməyəcək – SİYAHI

redaktor

Britaniyadan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA

redaktor

İranda qadınlarla Yeni il şənliyində içki içən futbolçular həbs edildi

admin