DünyaGündəmSiyasət

Bu müharibənin sonu necə olacaq?

Bu gün BƏƏ paytaxtı Əbu-Dabi şəhərində ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri Tramp sülh Planı üzrə müzakirələr aparmağa gediblər. Və masa üzərində Putinin bəyəndiyi əvvəlki 28 bəndli deyil, Ukrayna və Avropanın da mənafeyi nəzərə alınan, qısaldılmış, 19 bəndli sənəd var.

Ümumi razılıaşmanın baş tutmasına az güman var. Niyə? Çünki, 4 ildə genişmiqyaslı müharibə başlayndan Ukraynadan cəmi, 5 faiz ərazi alan Rusiya özünü Kiyev də qarışıq, bütün Ukraynanı almış kimi təsəvvür edir. Belə təsəvvürlə də özü özünü müharibənin qalibi, Ukraynanısa məğlub hesab edir. Və ona Ukraynanı faktiki təslim halı, durumuna salan, əvvəlki o 28 bəndlik sülh planı lazımdır. Ona görə də Ukraynanı suveren dövlət kimi göstərən qısaldılmış yeni, 19 bəndlik planı Putin və nümayəndələri çətin ki, qəbul etsinlər. Yəni daha ehtimal müharibənin uzanmasınadır.

Ümumiyyətlə, tarix və məntiq ilə müharibələrin bitməsi 3 ya 4 halda baş verir:

1. Hər iki tərəf düzgün düşüncəyə, anlayışa və haqq-ədalət gəlir, kim yanlışdırsa, öz yanlışını anlayıb geri çəkilir. Görüşüb barışır, aralanırlar.

2. Hər iki tərəf inadla o qədər döyüşür ki, axırda hər ikisi də və ya tərəflərdən birisi taqətsizləşir, resursu-silahları bitir, həm müharibə aparmağa da həvəsləri qaçır və nəhayət dil tapıb barışırlar.

3. Tərəflərdən hansısa biri qalib gəlir, digəri isə təslim olur, Qalib istədiyi təslim sülhü bağlanır.

4. Ya da, hansısa fövqəl güclü dövlət, ya qüvvə, ya, təbii fəlakət onları yerinə oturdub, barışdırır.

Mənim müşahidə, düşüncəmlə Ukrayna savaşı 2-ci variantla bitə bilər. Bu müharibədə heç kim tam məğlub olmayacaq. Nə Rusiya tərəf Kiyevi, nə də Ukrayna tərəf Moskvanı ala biləcək deyil. Bu saat dünyada elə bir fövqəl güc, qüvvə və ya fəlakət də yoxdur ki, tərəfləri haqq ədalətlə tam yerinə, işğaldan geriyə oturtsun. Nə də, dünya, elə bir təfəkkür səviyyəsinə yetib ki, suçlu tərəf öz xoşu ilə öz yanlışını etiraf edib, geri çəkilsin.

Demək, qalır o 2-ci varianta. Rusiya bütün olan, qalan gücünü-resursunu toparlayır, Ukrayna da həm öz silah istehsalı və əsgər resursunu, həm də Qərbin hərtərəfli dəstəyini toparlayır, savaşa davam edirlər. Təbii ki, Rusiya Ukraynaya güclü dəstək verən, 30-dan çox say ölkəli, xüsusi güc sahibli koalisiya önündə əsla tab gətirə bilməz. Yorulub süstləşib, reallıqla barışıb, haqqa gələr.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağla bağlı baş tutmayan plan: Rusiya bağışlamadı

admin

Bakı Nəqliyyat Agentliyinin iki yüksək vəzifəli şəxsi həbs OLUNDU

admin

Rus sualtı qayığının batırılması böyük nailiyyətdir – General

redaktor