19 C
Bakı
28 Sentyabr 2026 05:29
Dünya

Qitələr tədricən yoxa çıxır: Nə baş verir?

Geoloqlar planetimizin mantiyasında qitələrin alt tərəflərini aşındıran və Yerin içərisindən almazla zəngin süxurların səthə qalxmasına səbəb olan maqnit dalğalarının mövcudluğunu kəşf ediblər.

Tacxeber.com xəbər verir ki, tədqiqat “Nature Geoscience” jurnalında dərc edilib.

Alimlər okean vulkanizmi və kontinental plitələrin hərəkəti ilə bağlı uzun müddətdir davam edən bir sirri açıblar. Onlar bəzi adaların kontinental plitələrdən uzaqda yerləşməsinə baxmayaraq, niyə bu qədər kontinental materiala malik olduğunu izah ediblər.

Geoloqlar qitələrin alt hissələrinin yavaş-yavaş “əridiyini” və onlardan ayrılan hissələrin okeanların dərinliklərinə irəlilədiyini aşkar ediblər. Bu, zəif maqnit dalğaları vasitəsilə baş verir.

Alimlərin fikrincə, məhz buna görə də, okeanların dibində qədim qitələrin qalıqlarına rast gəlinir.(Oxu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor