26 C
Bakı
28 Sentyabr 2026 15:33
DünyaMuharibəSiyasət

Sənəd razılaşdırılır, müharibə bitir!

Cenevrədə Ukrayna nümayəndə heyəti ilə ABŞ, Almaniya, Fransa və Böyük Britaniya nümayəndə heyəti arasında keçirilən görüşlər çərçivəsində müharibənin dayandırılmasına dair birgə sənəd razılaşdırılır.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Cenevrə danışıqlarında Ukrayna nümayəndə heyətinin üzvü Rüstəm Umerov deyib.

O bildirib ki, yeni versiya artıq Ukraynanın əksər narahatlıqlarını əks etdirir:

“Sənədin hazırkı variantı təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir”.

Umerov qeyd edib ki, Ukrayna ABŞ ilə konstruktiv qarşılıqlı əlaqəni və Ukraynanın narahat olduğu məqamlara diqqətli münasibətini yüksək qiymətləndirir:

“Bu, bizə əməkdaşlıq prosesində irəliləməyə imkan verir”. (Axar)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor