ABŞ dövlət katibi Marko Rubio ortadakı “sülh planı”nın ABŞ-ın planı yox, Rusiyanın təklifləri olduğunu bildirib.
Rubio bunu senatorlarla telefon söhbətində ifadə edib.
“Rubio açıq şəkildə bildirdi ki, bu, bizim nümayəndəmizə (Uitkoffa) təqdim olunan təkliflərdir. O vurğuladı ki, bu, bizim tövsiyəmiz deyil, bizim sülh planımız deyil” – deyə telefon danışığında iştirak edən respublikaçı senator Mayk Rounds bildirib.
Onun sözlərinə görə, Ukraynaya silah və kəşfiyyat dəstəyinin dayandırılacağı barədə Kiyevə hər hansı xəbərdarlıq da olmayıb: “Rubio bu haqda heç nə bilmədiyini söylədi”.
Müstəqil senator (demokratlara yaxın) Anqus Kinq isə Rubiodan daha konkret sitat gətirib: “O dedi ki, sızdırılmış 28 maddə mahiyyət etibarilə Rusiyanın arzular siyahısıdır…”
Görünən odur ki, Tramp ABŞ Konqresindən, mediasından və cəmiyyətindən gələn sərt etirazlardan, eləcə də Avropanın müdaxiləsindən sonra geri addım atdı…
