DünyaGündəmSiyasət

Adam öz evində ədalət axtarmadan dünyanın dərdinə yananda inandırıcı görünmür.

Əlbəttə, Ukraynanı dəstəksiz qoymaq, Ukraynanı əzici sülhə təhrik etmək, Rusiyaya nəfəslik yaratmaq yanlış olar. Demokratiyaya zərbə, dəyərlərə arxa çevirmək olar. Dünyanın şər qarşısında təslimiyyəti, ədalət tərəzisinin qırılması olar.

Amma və lakin… Ömründə bir dəfə əzilənin yanında olmayan, ölkəsindəki bütün hüquqsuzluqları sükunətlə seyr edən, “ac qulağım, dinc qulağım” düsturunu həyat tərzinə çevirən adamların “Qərb Ukraynaya arxa çevirir” deyib, təəssüflənməsi, adamın əsəblərinə “dron” zərbəsi endirir.
Zalım oğlu korrupsiyanın, ədalətsizliyin işğalına görə barmağın tərpətmir,  Luqanskiyə, Donetskiyə görə yumruğunu stola çırpır.

P..S.Ukraynaya birmənalı və sona qədər dəstək sivil dünyanın qürur məsələsinə çevrilməlidir. Bu həm də dünyanın dəyərlər kontekstində əsas imtahanıdır. Ümid edək ki, hər şey yaxşı olacaq.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan da Şərqi Zəngəzurda İsrailin konsulluğunu açmalıdır” – İrana CAVAB

redaktor

İranda küçədə soyunan qız dəlixanaya yerləşdirildi

redaktor

Mərdanovdan Abbaszadəyə cavab: Dünyaca məşhur alimlərin ailələri savadlı olmayıb

redaktor