DünyaSiyasət

“28 bəndlik sülh planı”

Bu gün, “Trampın sülh planı” dünyada ən çox müzakirə olunan məsələdir.

Belə bir suala rast gəldim və düşünürəm ki, bu suala cavab verməklə bütün məsələlərə aydınııq gətirə biləcəyik:

“Məncə, hamı başa düşür ki, Tramp-Putinin “28 bəndi” nə deməkdir: cinayətkarlara amnistiya, ukraynalıların qanı və Ukrayna torpaqları üzərindən “qazanc” əldə etməkdir. Amma bu plan Avropanın yumşaqlığının nəticəsidir. Hər kəs bu müharibədən qazanmağa çalışdı. Və bu əclaflar(Tramp-Putin) bundan istifadə etdilər. Bir sual qalır: Ukraynanın ən igid oğulları niyə torpaq altındadır? Trampın “qazancı” üçünmü?”

Su suallara cavab verməyə çalışaq.

Başlayaq “kim nə qazanır və kim nə itirir”dən.

Əlbəttə, Avropa üçün müharibənin nəticələri var, çünki qitəsində baş verən hərbi təcavüzə uyğunlaşmalı oldu. Nəticədə Avropa yenidən silahlanacaq və ABŞ-dan daha az asılı olan güclü hərbi imkanlar yaradacaq. Bu hadisələrə reaksiyadır, “qazanc” deyil.

Avropanın “yumşaqlığı”

Danimarka, İsveç, Norveç, Baltikyanı ölkələr kimi sadiq müttəfiqlər Ukraynaya sonuncularını verirdilər.

Almaniya, Fransa, Böyük Britaniya kimi “ağır çəkili” ölkələr isə büdcə problemlərinə baxmayaraq Ukraynaya yüz milyardlarla dollarlıq yardım etdilər və etməyə də davam edəcəklər.

“Yumşaqlıq” budurmu?

ABŞ, Ukrayna və Rusiya mövzusuna gələk.

Mən görürəm ki, siz hər şeyi “soyuq başla” analiz etməyə, Trampın davranışlarında məntiq, strategiya və taktika axtarmağa çalışırsınız, amma bəzi şeyləri bu cür analiz etməyin mənası yoxdur.

Tramp Rusiya və şəxsən Putinə kor koranə sevgisi bizim üçün heç zaman sirr olmayıb və onun Planı Rusiyanın xeyrinədir. Bütün analiz bundan ibarətdir. Tramp və Putin siyasi-mənəvi əkizlərdir.

“Hər kəs müharibədən qazanmağa çalışır” məsələsi.

Yenə də. Tramp – prinsipsiz, ideyasız, heç bir dəyəri olmayan alverçidir, burada yeni heç nə yoxdur.

Amma Ukrayna və ukraynalılar Trampın “qazancına” görə döyüşmürlər – onlar öz ölkələrinin müstəqilliyi üçün döyüşürlər. Onların evinə təcavüzkar gəlib və onlar öz evlərini müdafiə edirlər.

Ukraynada müharibə vaxtı oğurluq edən, korrupsiya ilə məşğul olan əclaflar da var – insan hər yerdə eynidir. Amma Ukrayna igidləri onlara görə vuruşmurlar.

Davam edək.

Bu müharibə “dondurulma” ilə bitəcək. Bir aya, ya bir az sonra, atəşkəs sənədi imzalanacaq. Rusiyapərəst Tramp heç yerə getmir – biz nə qədər əsəbləşsək də, bu reallıqdır. Onu dəyişə bilmərik, onun rusiyapərəstliyini də.

Ukrayna və Avropa Donbas, NATO, dondurulmuş aktivlər bəndləri ilə razı deyil.

Niyə siz elə düşünürsünüz ki, guya bu Tramp Planı artıq imzalanıb və ya bu şəkildə imzalanacaq? O, bu şəkildə imzalanmayacaq. Dəyişikliklər olacaq, ciddi dəyişikliklər.

Bəziləri elə yazır ki, guya Ukraynanın müttəfiqlərinin yardımları bu gün bitir. Xeyr, bu doğru deyil.

Avropanın Ukraynaya yardımı heç bir halda dayandırılmayacaq, növbəti illərin bütün büdcələri təsdiq olunub. Ukraynada yeni və güclü ordunun və müdafiə sənayesinin qurulması davam edəcək.

Rusiyaya gələk.

Rusiya Ukraynada müharibəyə başlama səbəbi olan heç bir strateji məqsədə nail olmadı – Kiyev alınmayıb, hakimiyyət dəyişməyib.

Dondurulmadan sonra ukraynalılar öz hakimiyyətlərini özləri seçəcək – bu haqqı, əllərində silah ilə qorudular. Hakimiyyəti Moskvadan təyin etmək yox, seçmək hüququnu.

Və sonda…

Finlandiyada 1940-cı ildə SSRİ-yə məğlub olduqlarını demirlər. Finlandiyada deyirlər ki, onlar qalib gəldilər – özlərindən qat-qat güclü düşmənə diş göstərdilər, müstəqilliklərini qorudular və inkişaf yolunu saxladılar. Necə ki, Ukrayna da öz yolunu və müstəqilliyini qorudu.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğandan AKP ilə bağlı paylaşım…

redaktor

Moskvaya PUA hücumu: Aeroportlar dayandı – Video

admin

“Mercedes”in istehsalçısı iflas etdi – İki əsrlik tarix bağlandı

admin