Cəmiyyətİdman

Rəşad Sadıqov və Qurban Qurbanovun 20 il öncəki şəkili R. Sadıqovun vatsap statusunda

Hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov özünün Whats App statusunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı foto paylaşıb.

Şəkil 2005-cı ildə, Qurban Qurbanovun futbolçu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən milliyə rəmzi vida oyununda çəkilib. Həmin vaxt yerli və Azərbaycanda oynayan legionerdən ibarət seçmə futbolçular qarşılaşıb.

Qeyd edək ki, şəkildə Q.Qurbanovun qucağındakı uşaq onun oğlu, hazırda “Qarabağ”da çıxış edən Musa Qurbanlıdır. M.Qurbanlının həmin vaxt 3 yaşı olub.

Şəkildə futbol ictimaiyyətinə tanış daha bir sima var. Qara kurtkada olan şəxs Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovdur.

Xatırladaq ki, bir çox klubda oynamış Q.Qurbanovun futbolçu kimi son komandası Bakı “İnter”i olub.  (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Narsist” – özünübəyənmiş insanlarla necə davranmaq lazımdır?

redaktor

Xəzər dənizi daha bir can aldı

redaktor

Kim Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyirsə… – Zaxarova

redaktor