24 C
Bakı
16 Oktyabr 2026 12:19
DünyaGündəmİdman

DÇ-2026 – “Pley-off”un püşkü atıldı

Bu gün 2026-cı ildə ABŞ, Meksik və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb.

Mərasim FİFA-nın mənzil qərargahında keçirilib.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə “səpələnmişlər” və  “səpələnməmişlər” səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.

Püşkün nəticəsinə əsasən, Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəxək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək.

2026 Dünya Kuboku Avropa seçmələrinin pley-off cütləri belədir:

A yolu

İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi

C yolu

Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi

D yolu

Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor