Dünyaİdman

“Napoli” – “Qarabağ” oyununa bilet satışı bu tarixdə dayandırılacaq

“Qarabağ” komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə İtaliyadakı oyunda dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

Klubun yaydığı açıqlamada bildirilib:

“Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq. “Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı”.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə  00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək. (Valyuta)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İngiltərə-İran oyununda qadın azarkeş bu hərəkəti ilə gündəm oldu – FOTO

admin

“Sabah” avrokubok oyununa baş məşqçisiz çıxacaq

redaktor

“Rusiya müharibə cinayətlərindən əfv edilə bilməz” – Avropa Trampdan nəyi tələb edir?

redaktor