GündəmMədəniyyətŞou

Mədəniyyət sistemində saxta vəzifələr: kimlər necə istismar olunub?

Əslində bizim dediklərimizi jurnalist araşdırıb ictimailəşdirə bilər. Son 15 il ərzində hansı müğənnilərə mədəniyyət evlərində vəzifə verilib, 1 il çəkmədən də işdən azad ediblər – təmir etdirib, mebel aldırıb, aldadıb işdən çıxarıblar.
Bunları çoxu fəxri ad ala bilməsi üçün edib.

Bəzilərini isə Dövlət Akademik Musiqi Teatrına və başqa bu kimi yerlərə guya solist kimi işə götürüblər ki, oradan təqdimatlar verə bilsinlər deyə. Ad alanların təqdimatlarının haradan göndərildiyini yoxlasanız, aydın olacaq.

Nərminə də o vaxt mənə təklif edən də, Bakı şəhər mədəniyyət evində işləyən bir şəxs – adı yadımdan çıxıb. Qəbuluna çağırmışdı – Bakı kəndlərindən birində yerləşən hansısa mədəniyyət evi idi( pis vəziyyətdə) amma dəqiq yadımda qalmayıb hansı idi.
Məni ora direktor təyin edəcəkdilər ki, mən də öz növbəmdə təmir etdirim, mebel alım. Hesablamışdım ki, bütün bu işlərə 100 min pul gedəcək. Dedim, mənlik deyil, bu boyda məsuliyyətin altına girə bilmərəm. Mən pul xərcləyəcəkdim, onlar da dövlətdən nə qədər pul siləcəkdi, sonra da mən cavabdeh olacaqdım.

Bir neçə müddətdən sonra eşitdim ki, nazirlikdə yoxlamalar gedir. Məni qəbul edən həmin şəxs də çağırılmışdı, hətta saytlarda da görmüşdüm. Amma sonda tutulan nazir müavini oldu (onun köməkçisi idi həmin şəxs, səhv etmirəmsə)

Nə isə… Bu dediklərimi o vaxt da yazmışdım, sadəcə Nərminənin adını çəkməmişdim, çünki vasitəçi idi. Deyirdilər, “müğənnilərlə danış, bunu et”, o da gəlib bizə deyirdi. Bakı şəhər Mədəniyyət İdarəsində işləyirdi (indi də deyəsən eyni yerdə işləyir). Məni də elə həmin idarədə qəbul etmişdilər.

2020-ci ildə Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlardan sonra nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı külli miqdarda vəsait mənimsəmə, rüşvət və korrupsiya ittihamları irəli sürüldü. Nazirliyin sabiq müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması Xidməti rəisi Zakir Sultanov barəsində cinayət işləri açıldı, nazir Əbülfəs Qarayev isə qısa müddət sonra vəzifədən azad edildi. Rəsmi məlumatlara görə, yoxlamalar nəticəsində dövlət büdcəsinə milyonlarla manat ziyan dəyməsi müəyyən edilib.

 

Nura Suri

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya efirində Qarabağ mövzusu: gözlənilməz çıxış – VİDEO

redaktor

Fazil Mustafaya atəş açdığı iddia olunan şəxs – FOTO

redaktor

Ağdərədə ermənilər Azərbaycan kolonuna hücum etdi

admin