DünyaGündəmSiyasət

“Pezeşkian hicaba qarşıdır, buna görə də allah İranı quraqlıqla cəzalandırır”

Tehranda su qıtlığının özü ilə gətirdiyi quraqlığın səbəbini nəhayət tapıblar. İran deputatı Kamran Qəzənfəri günahı prezident Məsud Pezeşkianda görüb. O, deyib ki, quraqlıq ona görə baş verib ki, Pezeşkian sərt qanunlara və hicaba qarşıdır. “Prezidentin qeyri-müdrik siyasəti nəticəsində ölkədə günah və mənəviyyatsızlığın yayılmasına görə allah da İranı quraqlıqla cəzalandırıb”.

Tehran son yüz ilin presedentsiz vəziyyətilə üzləşib – su qıtlığı ilə.

Prezident Pezeşkian ilin sonunadək yağış yağmasa Tehranın 10 milyon əhalisinin təhliyə olunacağını bildirib.

Su ehtiyatının tükənməsi quraqlığın yaranması, ardınca da canlı aləmin tamamilə məhv ola bilməsi fəlakətinə işarə edir. Belə bir təcrübə artıq mövcuddur: Urmiya gölünün qurumasının özü ilə gətirdiyi nəticələr uzaq keçmiş deyil.

Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Amma məsələ onlara münasibətdədir. Urmiya gölünün qurumasına sakitcə tamaşa edən hökumət Tehrandakı kritik vəziyyətin qarşısını almaq üçün bir tədbir görmək, çarə tapmaq əvəzinə quraqlığa səbəblər axtarmaqla məşğuldur.

Bu ağılla, bu spekulyasiya ilə bəlkə 10 milyon adamı idarə etmək olar, bəs 86 milyon adamı 46 il necə idarə ediblər?

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sonu görünməyən müharibə: Rusiya daha 1180 hərbçisini itirdi

redaktor

Ukrayna ordusu döyüşə girmir, PUA-lardan istifadə edir

admin

Bu ölkə məmurlara şəxsi təyyarələrdə uçmağı QADAĞAN EDİR

redaktor