DünyaGündəmSiyasət

Serbiyadan Rusiyaya gözlənilməz zərbə

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkənin anbarları sursatla, xüsusilə mina və minaatan mərmiləri ilə doludur. O, Avropa İttifaqına onları almağı təklif edib və qeyd edib ki, “alıcılar onlarla istədiklərini edə bilərlər”. Bu o deməkdir ki, Belqrad rəsmi olaraq Ukraynaya silah ötürmür, amma avropalıların bunu edəcəyinə dolayısı ilə yardım etmiş olur.

Vuçiç bu tənzimləməni “Serbiyanın Avropa təhlükəsizliyinə töhfəsi” adlandırıb. Serbiya hazırda Brüsseldən cavab gözləyir. O, həmçinin, ölkənin hərbi neytrallığını qoruduğunu, lakin Aİ orduları ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha vurğulayıb.

Bu bəyanatlardan sonra rəsmi Moskvanın hansı vəziyyətə düşdüyünü təsəvvür etmək çətin deyil.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Atası öldü, ağlamadı” İTTİHAMI: “Başsağlığını da telefonla verirlər”

redaktor

Kanada tarixində ilk: Qadın ordu komandanı oldu

redaktor

Hüquq və Ədalətə çağırış: Prezident Rəcəb Tayyib Ərdoğana açıq müraciət.

redaktor