USQ Nijni Novqorod vilayətinin Kstovo şəhərində “Sibur-Kstovo” və “Lukoil-Nijniqorodnefteorgsintez” obyektlərə zərbələr endirib. Hər iki müəssisə bir-birinə yaxın ərazidə yerləşir.
“Lukoil-Nijniqorodnefteorgsintez” Rusiyanın aparıcı neft emalı zavodlarından biridir və Moskva regionunu yanacaqla təmin edən əsas mənbələrdəndir, paytaxtın benzininin təxminən 30%-i məhz buradan boru kəməri ilə daşınır. Zavodun illik emal gücü təxminən 17 milyon ton təşkil edir və burada 50-dən çox məhsul növü avtomobil, aviasiya və dizel yanacağı istehsal olunur.
4 noyabr gecəsi Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən neft-kimya zavodunda bir neçə güclü partlayış baş verib.
Müəssisə kauçuk, aviasiya benzini və digər kimyəvi materialların istehsalı üzrə ixtisaslaşıb.
Ukrayna Silahlı Qüvvələri heyrətamiz sabitlik nümayiş etdirir: hər gecə uğurlu zərbələr endirir, hər gecə!
Təbii bu sistematik iş öz nəticəsini verir.
Reuters xəbər verir ki, sentyabr ayında Rusiyanın neft ixracı gündəlik 500 min barel azalıb.
Hazırda hesablamalarına görə, Rusiya əvvəlki 2,5 milyon barel əvəzinə gündəlik təxminən 2 milyon barel neft ixrac edir. Bu, COVID-19 dövründən bəri ən aşağı göstəricidir.
Reuters qeyd edir ki, bu azalmanın səbəbi həm Ukraynanın Rusiya neft emalı müəssisələrinə endirdiyi birbaşa zərbələr, həm də Qərb ölkələrinin tətbiq etdiyi iqtisadi sanksiyalardır.
