CəmiyyətSiyasət

Necə olur ki, “cəmiyyətdə heç bir dəstəyi olmayan” Əli Kərimin çıxışlarına 1,5 milyon baxış olur?

Deyəsən Ramizqeyti AXCP sədri Əli Kərimliyə yamaya bilməyəndən sonra bu gün yazırlar ki, Əli Kərimlinin fb səhifəsi xaricdən (Fransa və ABŞ-dan) idarə olunur. “Qafqazinfo”da dərc edilən müəllifsiz yazıda göstərilir ki, “cəmiyyətdə heç bir dəstəyi olmayan Əli Kərimli ümidlərini feysbuka və burada paylaşdığı statuslara bağlayıb.”

Əvvəla sosial media yalnız fb-dən ibarət deyil, əslində hazırda ən zəifi fb-dir. Son illər youtube, tik-tok, istigram və digər müxtəlif sosial plarformalar daha geniş yayılıb. Bu platformalarda Əli bəyin elə maraqlı və həssas məqamlara toxunan çıxışları olur ki, onlara qısa zaman ərzində bir milyondan çox, bəzi hallarda 1,5 milyon baxış olur.

Necə olur ki, Qafqazinfonun təbirincə “cəmiyyətdə heç bir dəstəyi olmayan” Əli Kərimin çıxışlarına 1,5 milyon baxış olur? Bəlkə Qafqazinfo bir bunu da “təhlil” etsin. Son illər və aylarda Əli Kərimlinin yazıları və müsahibələri dünyanın elə nəhng media qurumlarında dərc olunur ki, onların tirajı və oxucularının sayı Azərbaycan əhalisinin sayından çoxdur.

Washington Post, The New York Times, The Economist, Le Monde, Die Welt‎, The Times, The Telegraph, Frankfurter Rundschau və dünyanın bu qəbildən olan digər mətbuat nəhəngləri. Bunlar sizin üçün 90-93 faizi “vozvrat”a gedən, qalanı da əşya bükməyə yarayan Azərbaycan ruzinamələri deyil.

Artıq çoxdandır ki, Azərbaycan hakimiyyətinin rəsmi və qeyri-rəsmi “mediası” mətbuat yox, trol funksiyasının yerinə yetirir.

Ramiz Mehdiyev həbs edilən günün səhəri siyasi məhbuslardan hansılarınsa məhkəmə prosesində Əli bəylə görüşdük. Mehdiyevin həbsindən söhbət düşəndə yarı zaafat – yarı gerçək dedim ki, Əli bəy bu iş sizsiz ötüşməyəcək, Gülüb dedi ki, yəni bu qədərin də edərlər.

Dedim Sizi şiə radikalizmi, sünnü gülənçiləri, ortodoks ruslar, Gözəl xanım və Əfqan bəyin işində Gürcü provaslavları üzərindən Avropa və Amerika protestantları, katolikləri, baptist və lüteranları ilə əlaqələndirib Qərb maliyyəsi ilə konstitusyon quruluşu devirməkdə ittiham ediblərsə, Mehdiyev işi niyə Sizdən yan keçsin?Təxminlərimiz düz çıxdı. Hökumət öz yandaş və yalaq ruznamələri ilə buna da gedib gülünc vəziyyətə düşdü.

Qeyd edilən yazısında “Qafqazinfo” ritorik formada sual edir ki, bir partiya sədrinin şəxsi hesabı niyə xarici ölkələrdən idarə olunsun? Çox sadə. Artıq 5 ildən çoxdur adamın telefon və internet xidmətini kəsmisiniz. Müxalif kəsimin telefon və sosial media hesablarına müdaxilə edirsiniz. FB hesablarını oğurlayırsınız və bu qəbuldən olan natəmiz əməllərlə məşğulsunuz.

1994-cü ildə saxta bir ittihamla ölkənin aparıcı müxalifət partiyasının sədrinin xarici pasportunu vermirsiniz. Həmin saxta itttihamı irəli sürənlər artıq çoxdan ölüblər. Törətdiyiniz qanunsuz əməllə bağlı Avropa İnsan Haqları Məhkəməsi sizi cərimələyib. Cəriməni ödəsənizdə, lakin pasportu qaytarmamısınız. Deməli bu ölkədən, bu xalqdan oğurlanan korrupsiya pullarının hamısı xarici bank hesablarından idarə edilir, Əli Kərimliyə isə fb hesabını xaricdən idarə etmək nöqsan tutulur. Nə deyəsən!

“Qafqazinfo” Əli Kərimlinin fb səhifəsinin xaricdən idarə olunmasın sesnsasiya kimi təqdim etsə də, amma ölkənin aparıcı müxalifət partiyasının sədrinin 5 ildən çoxdur internet xidmətinin kəsilməsinə toxunmur, bu məsələni gözardı edir. Və ən nəhayət fb səhifəsinin haradan idarə edilməsi səhifə sahibinin öz işidir. Qanun buna bir məhdudiyyət qoymur.

 

Cmil Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Fransanın tarixi cinayəti: Qəzzafini məhv etmək istəyib, başqa təyyarəni vurub -SENSASİON AÇIQLAMA

admin

Telefonlarımız isti havada niyə pis işləyir?

redaktor

Rusiyaya qarşı sanksiyalar ləğv edilir?

admin