CəmiyyətGündəmŞikayət

“Məmurlar çayxanamı əlimdən alıb borca saldılar”

Naxçıvan şəhər sakini Südabə İsmayılova deyir ki, irca hamiki və məmurla sövdələşərək, onun yeni açdığı çayxansını əlindən alıblar. O, bu işi görmək üçün 20 min manat kredit götürdüyünü, obyekt əlindən çıxdığı üçün borclarını qaytara bilmədiyini deyir.

Südabə İsmayılova bildirir ki, Naxçıvan şəhər İH balansında olan hamamın çayxanasını işlətmək üçün bir neçə ay əvvəl bu qurumla müqavilə bağlayıb. Lakin, baçşı bu yaxınlarda hamamı özəlləşdirib, yerli təlhis naeizinim müanivinə satıb. Hamamıın yeni sahibi isə, çayxananı onun əlindən alıb, lakin pul ödəməyib.

Südabə İsmayılova deyir ki, pulunu istədiyinə görə mvüain onu təhdid etdirir:

„Buranı alan Əli Vəliyevin qardaşı yerli DTX-də yüksək vəfizə sahibidir. Mənə deyirlər ki, şikayət etsən, başına oyun açarıq, ölrüdərik . Əsgərlikdəki oğlumla hədələyirlər. Çarəsiz bir vəziyyətə düşmüşəm. Aidiyyəti qurumlardan kömək istəyirəm. Araşdırılmalıdır ki, məmur dövlət orqanının satışa çıxardığı bir obyekti necə və hansı yollarla alıb? Məni çıxarırsa, qoyduğum pulu ödəməlidir. Deyir ki, hara istəyirsən, şikayət et.”

Şikayətçi deyir ki, maaşı kreditlərə çıxıldığından, kommunal xərcləri ödəyə bilmir və bu səbəbdən qışın soyuğunda qazı da kəsilib:

“Məcburam ki, borclarımı qaytaram. Özüm tibb bacısı işləyirəm, aldığım maaşın demək olar ki, hamısı kreditə gedir. Oğlum əsgərlikdədi, qızım da xəstə. Komunal xərcləri ödəyə bilmədiyim üçün qazımızı kəsiblər. Xəstə qızımla soyuqdan donuruq. Qaz İradəsi əməkdaşların nə qədər yalvarsam da, açmırlar. Deyirlər ki, icra hakimi tapşırıb. Narazı olduğum üçün qisas alırlar.“

 

Mənbə: “Gündəlik Naxçıvan”

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Elvin Hüseynov ölkəni tərk edibmiş: axtarışa verildi – RƏSMİ

redaktor

Mandatlı oliqarxın biznesi: Xanlar Fətiyev Gəncədən Madridə uzanan “imperiya”nı necə qurub? – FOTOLAR

admin

Cəmiyyətimiz düşünməlidir, səhv etmişik – Erməni deputat

redaktor