GündəmSağlamlıq

Qoz-fındıq bizi ölümdən qoruyurmuş – ARAŞDIRMA

Müntəzəm şəkildə çərəz, xüsusən də qoz-fındıq istehlakı ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini xeyli azaldır.

Tacxeber.comxəbər verir ki, bu barədə ABŞ-ın Loma-Linda Universitetinin tədqiqatçılarının apardığı tədqiqatın nəticələrində məlumat verilib. Tədqiqatın nəticələri məşhur EatingWell portalında dərc olunub.

Tədqiqatda ABŞ və Kanadadan olan 80.000-dən çox orta yaşlı könüllü iştirak edib. Araşdırma Adventist Health Study 2 layihəsi çərçivəsində toplanmış məlumatlara əsaslanıb.

Məlum olub ki, müntəzəm olaraq qoz-fındıq yeyən şəxslərin ürək-damar xəstəliklərindən ölüm riski digər şəxslərdən, nadir hallarda çərəz istifadə edənlərdən və ya ümumiyyətlə yeməyənlərə nisbətən 14% daha azdır. Bu çərəz sevənlərin olduğu qrupda ölümcül işemik ürək xəstəliyi riski də 19% daha aşağı olub.

Alimlərin fikrincə, daha çox faydalı olan çərəzlər badam, keşyu və qozdur. Məhz bu çərəz növlərinin müntəzəm istehlakı ürək-damar xəstəliklərindən ölüm riskini 17%, koronar ürək xəstəliyindən isə 27% azaldır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşın torpağından yol çəkdi, pulunu vermədi – Məhkəmə 400 min kompensasiya kəsdi

admin

“Turbo.az”ın sahibi “Hepsiburada”nı niyə 1,13 milyard dollara aldığını açıqladı

admin

Satanovskidən şok: 1,5 milyard insanı öldürməliyik

admin