Dünyaİdman

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı – Çempionlar Liqası

Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

O, Liqa mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.

Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Qeyd edək ki, 3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.(Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”

redaktor

Zelenski: “Bizə nüvə silahlarını geri verin” – VİDEO

redaktor

Rusiya ordusu Zaporojyeni dronlarla vurdu

redaktor