13 C
Bakı
24 Mart 2026 17:23
Dünyaİdman

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı – Çempionlar Liqası

Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

O, Liqa mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.

Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Qeyd edək ki, 3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.(Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ”ın futbolçusuna 3 milyonluq təklif.

admin

Podolyak Qərbdən 200 tank və ATACMS raketləri İSTƏDİ

redaktor

Britaniya kəşfiyyatı Rusiya haqqında yeni məlumat yaydı.

admin