DünyaTarix

Dünyadan nə adamlar gəlib keçdi

1944-cü ilin 18 martında, 27 yaşlı Aimo Koivunen və onun fin xizəkçi bölməsi Laplandiyada (Finlandiyanın şimalında, Arktika Dairəsinə daxil olan bölgə) patrul xidməti apararkən sovet qüvvələri tərəfindən atəşə tutuldu.

Qısa müddət sonra onlar sayca üstün sovetlər tərəfindən mühasirəyə alındılar və qalın qarlardan keçərək sürətlə geri çəkilməyə məcbur oldular. Koivunen önə keçmişdi, lakin çox keçmədən tamamilə taqətsiz qaldı.

 

O zaman yadına düşdü ki, onun yanında Pervitin adlı bir maddə var idi — bu, İkinci Dünya Müharibəsi zamanı Almaniya və Yaponiyada istifadə edilən bir stimulyator idi. Bu həp əsgərlərə verilir və onların yorğunluğu və qorxusu aradan gedirdi.

Təsadüfən, Koivunen bölməsinin bütün Pervitin ehtiyatını özü daşıyırdı. Qalın əlcəklər taxdığı və Sovetlərdən qaçmaq üçün dəli kimi xizək sürməyə davam etdiyi üçün bir dənə həbi çıxarmaqda çətinlik çəkirdi. Sürəti azaltmaq istəmədiyi üçün o, qərara gəldi ki, hamısını — 30 həb — birdən qəbul etsin. Təsiri dərhal hiss olundu: yorğunluğu keçdi və o, daha da sürətlə xizək sürməyə başladı.

Sovetlər artıq onun arxasınca gələ bilmirdilər, hətta öz bölməsi də arxada qaldı. Birdən onun görməsi bulanıqlaşdı və şüurunu itirdi. Ayılanda isə tamamilə tək idi və artıq 100 kilometr məsafə qət etmişdi. Hələ də narkotik təsiri altındaydı, yanında nə yemək, nə də güllə vardı.

 

Yeganə xilas yolu xizəklə irəliləməyə davam etmək idi. Bölməsinin harada olduğunu bilmirdi, amma sovetlərin hələ də onun izində olduğuna əmin idi. Növbəti bir neçə gün ərzində Koivunen bir neçə dəfə sovet qüvvələri ilə qarşılaşdı, lakin hər dəfə qaçmağa nail oldu. Hətta bir dəfə mina üzərindən keçdi — partlayış nəticəsində ağır yaralandı və sayıqlamağa başladı, amma yenə də sağ qaldı.

Bilinçsiz halda gedib-gəldiyi bu müddətdə Koivunen başa düşürdü ki, sıfırdan aşağı temperaturda uzun müddət yatmaq ölümlə nəticələnəcək. Ona görə də davam etməli idi.

Nəhayət, Koivunen 400 kilometr məsafə qət edərək təhlükəsizliyə çatdı. O zaman cəmi 43 kilo çəkisi qalmışdı və ürək döyüntüsü dəqiqədə 200 idi. Buna baxmayaraq, o sağ qaldı və 1989-cu ilə qədər — 71 yaşına qədər yaşadı.

 

Osman Eminov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Manikür ustaları və vizajistlər öz bacarıqlarını təsdiq edə biləcəklər

redaktor

Yazdığı statusa görə edam ediləcək – Tarixdə ilk

redaktor

Putin İstanbula GETMƏYƏCƏK – Nümayəndə heyətinin tərkibi təsdiqləndi

redaktor