CəmiyyətGündəmŞikayət

Putinin və Zakir Fərəcovun parlamenti

Zakir Fərəcov Parlament seçkilərini saxtalaşdırdı.

(Bu yazini təkrar paylaşiram. Demək istəyirəm ki, növbəti parlament seçkisi keçirməmişdən öncə icra hakimiyyətləri ləğv edilməlidir. Yoxsa demokratik seçki keçirilməyəcəkdir. Sumqayitda, Abşeronda deputati seçici seçmir, Zakir Fərəcov seçir)

Sonuncu seçkilərdə mənimlə döyüşən, seçkiləri saxtalaşdıran diktator oliqarx Zakir Fərəcov idi. Ölkədə deputatları icra hakimləri seçir. Zakir Fərəcov şəxsən seçkilərə nəzarət edirdi. MSK -Məzahir Pənahov Zakir Fərəcova tabe idi.

Sonuncu parlament seçkilərində Sumqayit 42 sayli 1 – ci seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm, qalib gəlmişdim, seçilmişdim.

Mənim səslərimi oğurlayan, saxtalaşdıran 3 nəfər var.

Məzahir Pənahov

Hicran Hüseynova

Zakir Fərəcov

Məndən üzr istəsinlər, istefa versinlər.

Mənim səslərimi oğurlayan YAP -dır. YAP zehniyyətidir.

Ölkədə günahkar sadəcə Ramiz Mehdiyev deyil, bütövlükdə YAP çetəsidir. Ramiz Mehdiyev də YAP-ın üzvüdür. YAP köhnə Rus sovet kommunist partiyasıdır, KQB- partnomenklaturasının tör-töküntülərinin partiyasıdır.

Dövlət bu saxtakarlardan, bu mafiyadan azad olunsun.

MSK bütün tərkibi ilə böyük cinayət şəbəkəsinə çevrilib. İstefa versin.

Zakir Fərəcov mafiyasi Sumqayiti idarə edə bilmir. Sumqayitin minlərlə problemi var. Yarisini yazmışdım. İstefa versin. 30 il icra hakimi olmaq özü anormal halldir.

Hicran Hüseynova Sumqayit seçicilərinin problemlərini heç vaxt müzakirə etməyib, parlamendə qaldırmayıb.

“Sumqayıt onun atasının şəhəridir” başa düşdük (seçki zamanı H.Hüseynovanın şəhərdə belə təbliğatı gedirdi ki, Sumqayıtı Hicranin atasi tikib, Sumqayıt Hicranın ata mülküdür, o üzdən də Hicran Sumqayıtın əbədi deputatı olmalıdır). Parlament də dədəsinin, babasının deyil ki, orda oturub daş kimi susa.

Saxta Parlament buraxılmalıdır, saxta deputat ordan qovulmalıdır.

Hicran Hüseynova

Zakir Fərəcov

Məzahir Pənahov

Üçü də Ramiz Mehdiyevin kadrlarıdır, partnomenklatura mafiyasıdır.

Sumqayıtda bütün məktəb direktorları Zakir Fərəcova tabedir. Bu məktəb direktorları və muəllimləri seçki vaxtı məntəqə sədrləri, müşahidəçi və seçki komissiyalarının üzvləri təyin edilib seçkiləri saxtalaşdırırlar.

Sumqayıt şəhərində yerləşən Qərbi Azərbaycana Qayıdış təşkilatının, QAİ- nin bütün şəhər təşkilatları Zakir Fərəcovun əmrinə tabedirlər. Bunlar Qərbi Azərbaycan haqqında bircə cümləsi, sözü olmayan H.Hüseynovanı dəstəklədilər, Qərbi Azərbaycan davasını aparan Yasəmən Qaraqoyunluya dəstək verməkdən qorxdular, cəsarətləri çatmadi.

Bax bu sistem Azərbaycan Xalqinin parlamentarizm xəyallarını öldürür.

Uyari. Ramiz Mehdiyevin komandasinin böyük hissəsi QAİ -yə doluşub.

 

Yasemen Qaraqoyunlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İslamda aşura deyilən bir şey yoxdur

admin

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq

redaktor

Türkiyəli məşhur həkimdən inanılmaz açıqlama – “Ölümsüzlük real olacaq, orqanlar rəflərdə satılacaq”

admin