DünyaTexnologiya

Dünyanın ən populyar smartfonlarının bunlardır

“Samsung” qlobal smartfon bazarında liderliyini qoruyub saxlayıb.

Bu haqda “Omdia”nın hesabatında qeyd olunub.

2025-ci ilin üçüncü rübündə Koreya İT nəhəngi 19 faiz bazar payını ələ keçirərək 60,6 milyon cihaz tədarük edib. “Apple” 18 faiz payını qoruyaraq 56,5 milyon smartfon tədarük edərək ikinci olub.

Çinli “Xiaomi” də 43,4 milyon cihaz sataraq ilk üçlüyə daxil olub və rübü 14 faiz payla başa vurub.

Üçüncü rübdə dünya üzrə ümumilikdə 320,1 milyon smartfon tədarük edilib. İldən-ilə bazar 3 faiz artıb.

Ekspertlər qeyd ediblər ki, bütün bazar liderləri smartfon tədarükünü artırıb. Onlar həmçinin qeyd ediblər ki, Çinin “Tecno” brendi altında telefonlar istehsal edən “Transsion” korporasiyası ən təsirli artım nümayiş etdirib – 12 faiz. Bu, ona reytinqdə dördüncü yerə yüksəlməyə imkan verdi. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Üç MiQ-31 və iki Su-34: Ukrayna Silahlı Qüvvələri Rusiya aerodromuna zərbə endirib

redaktor

Suriya “Hizbullah”a mane olur, İsrailə yol açır

redaktor

Tramp gömrük müharibəsinə qayıdır: 16 ölkəyə yeni rüsumlar

redaktor