CəmiyyətMaraqlıŞikayət

Nura Suri TV verilişlərinin reytinqini təyin edən “Marsa” şirkəti ilə bağlı maraqlı araşdırma aparır.

Verilişlərin reytingini təyin edən Marsa adlı şirkət haqqında bir müddətdir araşdırma aparıram, amma təəssüf ki, heç bir dəqiq və açıq məlumat tapmaq mümkün deyil.

Hamı efirdə yayımlanan səviyyəsiz, mənasız verilişlərdən şikayətlənir, amma bu verilişlərin “reyting”ini kim və necə ölçür – heç kim bilmir.

Heç kim bilmir ki, bu cihazlar hansı evlərdə quraşdırılıb, nəticələr necə toplanır və hansı meyarlarla “populyarlıq” müəyyən olunur.

Bütün telekanallar bu cədvəl əsasında sponsorlardan və reklamdan pul qazanır.

Nəticədə, səviyyəsiz “reytingli qonaq” çağırılır, zövq oxşayan və yaxud maarifləndirici verilişlər isə guya ki, reyting toplamır.

Bu, çox ciddi məsələdir.

Əminəm ki, bu sistem tam şəffaf şəkildə araşdırılsa, burada da dövlətimizə və xalqımıza xəyanət edənlərin izi tapılacaq.

Araşdırmadan əldə etdiyim məlumatlar:

Marsa MMC (tam adı Media Audience Research System of Azerbaijan) Azərbaycanda televiziya auditoriyasının ölçülməsi ilə məşğul olan yeganə şirkətdir.

Şirkət Böyük Britaniyanın “Kantar Media” adlı beynəlxalq media araşdırma qurumu ilə əməkdaşlıq etdiyini bildirir.

Rəsmi saytında texniki tərəfdaşlıqdan bəhs olunur, amma şirkətin kimə məxsus olduğu, təsisçiləri və payçıları barədə heç bir açıq məlumat yoxdur.

Reyting ölçmələrinin necə və hansı evlərdə aparıldığı, cihazların (PeopleMeter) hansı prinsiplərlə seçildiyi barədə də ictimaiyyətə məlumat verilmir.

“Marsa”nın icraçı direktoru İradə Sultanova kimi göstərilir, lakin şirkətin strukturuna və nəzarət orqanlarına dair məlumatlar nə mətbuatda, nə də dövlət reyestrlərində geniş təqdim olunmayıb.

 

Nura Suri

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sülh çağırışına görə 15 il həbs: Bəhruz Səmədov nümunəsi

admin

Ərəb sahibkar Azərbaycanda nadir quşları ovladı – FOTO

redaktor

AXCP-yə maddi dəstək olan iş adamının qohumlarının əmlakı müsadirə edilib

admin