Dünənə qədər Ramiz Mehdiyin tapşırıqların yerinə yetirən, onun tapşırığı ilə doğru-dürüst adamlara böhtan atan qəzetlər, saytlar, youtube kanalları Milli Şuranın rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəylinin guya xaricə qaçması barədə yalan iftira yayıb.
Belə bir böhtan xarekterli yalanı yaymaqdan ötürü ağıldan bir az kəm olmaq lazımdır. Birincisii Gültəkin Hacıbəyli hara, Ramiz Mehdiyev hara? Bu ölkədə Ramiz Mehdiyevə qarşı ardıcıl, sistemli çıxış edən, onun natəmiz əməllərin ifşa edən, bəyanatlar verən məhz Gültəkin xanımın təmsil olunduğu Milli Şura olub. Bunlar hamsı ortadadır.
İkincisi, vaxtı ilə Ramiz Mehdiyevin ofisində Emin Milli və Adnan Hacızadənin guya xuliqanlıq üstündə tutulduğunu əks etdirən məqaləni Gültəkin xanım imzalamaqdan imtina etdiyinə görə Vəzifədə olduğu son 10 ildə Ramiiz Mehdiyev Gültəkin Hacıbəylini təqib edib və hətta onun 9 yaşlı oğlunun əlindən alınmasına qədər qisasçılığa gedib.
Üçüncüsü, Ramiz Mehdiyev oktyabr ayının 14-də həbs edilib, Gültəkin xanım isə Sentyabrın 25-də İstanbulda təhsil alan oğlunun yanına gedib. Və hələ bundan əvvəl də Gültəkin Hacıbəyli bu ilin mart ayından iyun ayının sonuna qədər Türkiyədə oğlunun yanında olub. Bunun nəyi qaçmaqdır? Bunu qaçmaq kimi təqdim etmək üçün adam gərək vicdanın abort etdirsin.
Dördüncüsü, Ramiz Mehdiyev bilavasitə İlham Əliyevin adamı olub. Ölkənin ən yüksək orden medalları, (Sərəf, Şöhrət, İstiqlar, Heydər Əliyev ordeni, Vətənə xidmət medalı və sair)ç fəxri adları bilavasitə İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyevə verilib. Bilavasitə İlham Əliyevin himayəsi ilə Ramiz Mehdiyev ölkəni talayanlardan, böyük mal-mülk, sərvət sahiblərindən biri olub və bunun məsuliyyəti bilavasitə İlham Əliyevin üzərindədir. Bu ölkədə Ramiz Mehdiyevin törətdiyi əməllərə görə birinci cavab verməli adam İlham Əliyevdir.
Beşincisi, yeri gəlmişkən, Ramiz Mehdiyevin məktubu kimi təqdim edilən “sənəd” də saxtadır və istənilən adamın adından belə “məktub” yayıla bilər. Necə ki, Ramiz Mehdiyev özü və bizim hüquq mühafizə orqanları dəfələrlə belə saxta sənədlər yayıblar. “Dövlət Şurası” ideyası da uydurma və gülməli və bir az da gülüncdür. Heyvan təlimçilərinin sirk tamaşası bundan daha inandırıcı hazırlanır. Ramiz Mehdiyev özü də vaxtı ilə belə tamaşalar çox hazırlayıb, belə natəmiz üsullarla çoxlu adamları şərlədib, tutdurub. İndi öz başına gəlir.
Ramiz Mehdiyevi cəzalandırmaq üçün minlərlə hüquqi yol, düzgün yol olduğu halda hökumət yenə öz xislətinə uyğun 1001-ci yalan yolu gedir və özünü gülünc vəziyyətə qoyur. Vaxtı ilə Ramiz Mehdiyev də belə üsullarla insan talelərini məhv edib, evlər yıxıb, günahsız adamlar tutdurub. Zor və təhdid yolu ilə adamların mülkiyyətin əlindən alıb.
Altınıcısı, tez-tez vurğulanan dövlət başçısının həyatına qəsd bir diktator xəstəliyidir. 20 illik idarəçiliyi dövründə Mir Cəfər Bağırovun həyatına 16 dəfə belə “qəsdlər” edilmişdi. Bunların hamısı məhkəmə də açıldı. Heydər Əliyevin həyatına qəsdlə bağlı 3-4 “cəhd” olmuşdu. Eyni şeyi İlham Əliyev də təkrarlayır.
Yaxşı ki, Gültəkin Hacıbəylinin Stingeri yoxdur. Yoxsa deyərdilər Ramiz Mehdiyevin tapşırığı ilə dövlət başçısının həyatına qəsdi də Gültəkin Hacıbəyli hazırlayıb.