CəmiyyətHadisə

Balakənin icra başçısı tutduğu vəzifəsindən qovuldu.

Prezident İlham Əliyev İslam Rzayevi Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Sərəncamda bunun səbəbi izah edilmir.

Amma hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra saytlarda bu gün, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsin saxlandığı bildirilir.

Məlumatı, hələlik, DTX və həmin icra hakimiyyətinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

İslam Rzayev kimdir

İ.Rzayev 14 ildir həmin rayona rəhbərlik edirdi. O, əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifələr tutub.

İ.Rzayev 1965-ci ildə Göyçay rayonunda doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami, Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.

O, həmçinin “Azəriqaz”da baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Audit Departamentində rəis müavini olub.

Xatırlatma

Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.(AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şəxsiyyət vəsiqəsi ilə bağlı vacib açıqlama: 800 manat…

redaktor

Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub: “Sənin məndən heç xoşun gəlmədi” – VİDEO

redaktor

Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA

redaktor