24 C
Bakı
01 Oktyabr 2026 15:40
DünyaMuharibəSiyasət

Ukrayna kəşfiyyatı Kiyev ətrafındakı qətliamlarda iştirak etmiş rus polkovnikini məhv edib

Rusiyada Ukraynada müharibə cinayətləri və qətliamlarda iştirak etmiş podpolkovnik məhv edilib.

Tacxeber.com xəbər verir ki, Ukrayna mediasının, Hərbi Kəşfiyyat İdarəsinə istinadla, yazdığına görə, podpolkovnik Venyamin Majerinin idarə etdiyi avtomobil 25 oktyabrda ona quraşdırılan partlayıcı vasitəsilə Kemerovo vilayətində havaya uçurulub.

Ukrayna Baş Kəşfiyyat İdarəsi 45 yaşlı Majerinin Rusiyanın “Obereq” xüsusi təyinatlı dəstəsində xidmət etdiyini bildirib. Bu bölmə 2022-ci ilin fevral və mart aylarında Kiyev bölgəsində müharibə cinayətlərində və Ukrayna əhalisinə qarşı qətliamlarda iştirak edib.

Ukrayna hərbi kəşfiyyatı “Obereq”dən olan müharibə cinayətkarlarını hələ 2022-ci ilin aprel ayında adları ilə müəyyən edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xatırladıb ki, Ukrayna xalqına qarşı törədilən hər bir müharibə cinayətinə görə ədalətli cəza olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

205 il ərzində ilk qadın edamı

admin