DünyaSiyasət

İmamoğlu işində İsa Qəmbərin adı çəkildi – ŞOK

Türkiyədə barəsində “casusluq” ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb. Həmin hissədə deyilir:

“Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib.

Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib”.

İsa Qəmbər məsələ ilə bağlı “Unikal”a açıqlama verib:

“Mənim haqda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə maliyyə dəstəyi göstərilməsi uydurmadır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünya liderləri ya Putindən çəkinir, ya da ona xidmət edirlər – Deputat

redaktor

Donbasda amansız döyüşlər: ruslar itki verir

admin

“Həmin büdcəni bizə qaytarın, restoranı kirayə verməyi ləğv edək”

redaktor