DünyaHadisə

Əfqan Sadıqov 85 min avro cərimələnib.

Deməli, bu gün də həyat yoldaşım Əfqan Sadıqovun qondarma işi ilə bağlı yeni bir məlumat eşitdim. Məlum olub ki, həyat yoldaşım Əfqan Sadıqov qanunsuz həbsindən öncə Bidzina İvanişvili tərəfindən tam 54 dəfə cərimə olunub. Hər bir cərimənin məbləği 5.000 lari təşkil edib. Bu isə ümumilikdə 270.000 lari deməkdir.

Düşünün, Bidzina İvanişvili bu qədər böyük cərimələri heç bir tərəddüd etmədən tətbiq edib. Mən bunu açıq şəkildə saxtakarlıq adlandırıram. Niyə? Çünki bu cərimələr barədə Əfqana bir dəfə də olsun xəbərdarlıq edilməyib, nə elektron qaydada, nə də poçt vasitəsilə hər hansı bildiriş göndərilməyib.

Deyək ki, birinci, ikinci, hətta üçüncü dəfə unudublar. Bəs altıncıda, onuncuda niyə xəbərdarlıq edilməyib? 54 dəfə bir insanı cərimələyirlər, amma onun bundan xəbəri olmur. Yalnız 55-ci dəfə onu həbs edirlər.

Əfqanın harada yaşadığını, ünvanını, yerini çox yaxşı bilirdilər (və bunu şəxsən Bidzina İvanişvili özü də bilirdi). Belə olan halda, necə ola bilər ki, bir dəfə belə xəbərdarlıq göndərilməsin? Amma eyni zamanda gəlib onu evindən aparır, qoluna qandal vurur, bir saat saxlayırlar və sonra məsələni “rəsmi” hala gətirirlər.

Bu fakt açıq şəkildə göstərir ki, Bidzina İvanişvili və onun təmsil etdiyi rejim qanunsuzluq və cinayət törədib. Onlar bu ədalətsizliyə imza atıblar. Lakin bunun ardı gələcək, mən bu məsələ ilə bağlı hüquqi və qanuni addımlar atacağam, etiraz aksiyaları təşkil edəcəyəm. Onlar düşünməsinlər ki, bu ədalətsizlik qarşısında biz susacağıq.

 

Sevinc Sadıqova

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Almaniya kansleri: “Putin müharibəyə son qoymalıdır”

redaktor

İmran Əliyev saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb

admin

Hacıbala Abutalıbovun oğluna məxsus olduğu iddia edilən şirkət parçalandı

redaktor