CəmiyyətHadisə

“Qəzadır, olub, nə edək, dahilər də ölür, “

Zərdabda baş verən ağır yol qəzası ilə bağlı sosial mediada geniş müzakirələr yaranıb.

“VAZ 21099” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 21099″un sürücüsü Azər Abdullazadə hadisə yerində dünyasını dəyişib.

Qəzanın ardından “Range Rover”in sahibi açıqlama verərək bildirib ki, sükan arxasında özü deyil, əmisi oğlu olub. O, hadisə ilə bağlı “Ölüm var, Allah rəhmət eləsin. Biz nə edək, adam öldürməmişik ki. Qəzadır, olub. Dahi insanlar da dünyadan köçür” sözlərini deyib.

Onun bu açıqlaması sosial şəbəkələrdə ciddi narazılıq doğurub və soyuqqanlı münasibətinə görə sərt tənqid edilib. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI

admin

Azərbaycan “Qisas” əməliyyatında öldürülmüş iki erməni hərbçinin meyitinin Ermənistana aparılmasına şərait yaradıb – VİDEO

redaktor

SON DƏQİQƏ! Quru sərhədləri yanvarın 1-dən açılacaq?

admin