İran Prezidenti Məsud Pezeşkian Urmiya şəhərində keçirdiyi görüşdə ölkəsindəki iqtisadi problemləri sərt şəkildə tənqid edərkən hər kəsi düşündürəcək fikirlər səsləndirib: “Türkiyə, Yaponiya və Koreyanın nefti və qazı yoxdur, lakin onlar bizdən daha yaxşı vəziyyətdədirlər. Neft alırlar, amma bizdən daha yaxşı vəziyyətdədirlər, həyat şəraiti də çox yaxşıdır. Neftimiz, qazımız var, amma acıq. Problemlərimiz var. Bəs problem haradadır?”.
Azərbaycan və Türkiyə mediasında çox yanlışlıqla Türkiyənin adını önə çıxararaq Pezeşkianın söylədiyi fikirin mahiyyətini tamamilə yanlış istiqamətə yönəldirlər.
Pezeşkian İranla Türkiyəni müqayisə etmir, Qərb blokunda yer alan üç dövlətin antiqərb blokunda yer alan ölkəsi ilə müqayisə edir. Qərb blokunda yer alan üç dövlətin neft və qaz alsa da neft-qaz ixracatçısı bir ölkədən yaxşı yaşadığına diqqət çəkir.
Aydın görünür ki, Pezeşkian diqqətləri ölkənin probleminin qaynağına yönəltməyə çalışaraq, insanları bu haqqda düşünməyə sövq etmək istəyir. Əslində isə Pezeşkianın bu fikiri yalnız İran əhalisnin deyil, bütün insanlığı düşündürməlidir. Hər kəs özünə sual verməlidir ki, necə olur ki, İkinci Dünya Müharibəsində tamamilə dağıdılmış Almaniya və Yaponiya, Koreya müharibəsinin fəlakətlərini yaşamış Cənubi Koreya rifah cəmiyyəti qura bilib?
Bu sualın yaalnız bir cavabı var: Bu dövlətlərin hamısı Qərb blokuna aiddir.
Şər(q) bloku heç bir zaman effektli olmayıb, bundan sonra da olmayacaq.
Türkiyədə isə Qərb blokuna üzvlüyün nəticəsi olaraq qazanılan bütün nailiyyətlər-hakimiyyətin bölünməsi, məhkəmə hakimiyyətinin müstəqilliyi və seçki mexanizmi – məhv edilməkdədir.
İran gəlincə isə, Pezeşkian İran toplumunun son şansıdır. İranın ikinci bir şansı olmayacaq.
