22.6 C
Bakı
29 İyun 2026 07:22
Sağlamlıq

Sol böyrü üstə yatmaq niyə bu qədər faydalıdır?

“Sol böyrü üstə yatmaq qıcqırmanı azaldır”.

Tacxeber.com“20minutos” nəşrinə istinadla xəbər verir ki, bu barədə diyetoloq Reme Navarro danışıb.

Mütəxəssisin sözlərinə görə, insan sol böyrü üstə uzandıqda, qida həzm sistemi boyunca daha asan hərəkət edir. Həmçinin bu vəziyyətdə qaraciyər daha yaxşı işləyir:

“Sol böyrü üstə yatarkən ürək üçün də qanı nasoslamaq daha asandır. Bu, aşağı ətraflardan qan daşıyan əsas venanın bədənin sağ tərəfində yerləşməsi ilə bağlıdır. Sol böyrü üstə yatmaq həmin venaya təzyiqi azaldır və qan dövranını asanlaşdırır”.

Bundan əlavə, bu poza qıcqırmanı (ürək yanmasını) azalda bilər. Xüsusilə hamilə qadınlar üçün bu vəziyyətdə yatmaq daha faydalıdır, çünki plasentada qan dövranını yaxşılaşdırır, qaraciyər və böyrəklərə təzyiqi azaldır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bahalı Hövsan soğanı: Sağlamlıq üçün dəyərmi?

redaktor

Orqanizmimizdəki gizli düşmən: Onun simptomları nələrdir?

redaktor

Təbii omeqa 3 və omeqa 6 tərkibli QOZ SÜDÜ – Kleopatranın gözəllik eliksiri

redaktor