19 C
Bakı
07 Noyabr 2025 15:42
DünyaSiyasət

Rusiya adlı xalqlar həbsxanasının parçalanması nə üçün zəruridir?

Fransız yazıçısı Astolf de Kustin 1843-cü ildə dərc etdirdiyi “Rusiya 1839-cu ildə” adlı kitabında Rusiya İmperiyasını nəhəng həbsxanaya bənzətmişdi.

“Rusiya 1839-cu ildə” kitabının doğurduğu təsir Rusiyanın xalqlar həbsxanası olduğu qənaətini yaratmağa başladı. Avropadakı bu fikirlərdən xəbərdar olan bolşevik çevrilişinin lideri Vladimir Lenin əsir xalqların rəğbətini və Avropanın tərəqqipərvər dairlərinin rəğbətini qazanmaq üçün çar Rusiyasını “xalqlar həbsxanası” adlandırdı.


Lenin Çar Rusiyasını “xalqlar həbsxanası” adlandırsa da dağılan imeriyanın qalıqları üzərində bəşər tarixinin ən qanlı istibidad rejimlərindən birini qurdu. Bu istibidad rejiminin ilk işi də istiqlaliyyətini elan etmiş Rusiya əsiri xalqları yenidən əsir etmək oldu. Bolşeviklərin qurduğu ikinci xalqlar həbsxanası 1991-ci ildə dağıldı.

Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin 17 iyun 1992-ci ildə ABŞ Konqresində çıxışı zamanı təntənəli şəkildə “Yer kürəsinə sosial nifaq, düşmənçilik və misilsiz qəddarlıq səpən, bəşər cəmiyyətini qorxuya salan kommunist ideyasının çökdüyünü və Rusiyanın bir daha dünyanı heç vaxt təhdid etməyəcəyi”nin təminatını verdiyini bəyan etdi.

Bu təminatın ömrü də Lenin xalqlara azadlıq vədinin ömrü kimi qısa oldu. Rusiyanın 1993-cü ildə qəbul edilmiş hərbi doktrinasından hətta sovet dövründə mövcud olan nüvə silahından ilk olaraq istifadə etməmək öhdəliyi çıxarıldı. Bu imperiyanın restavrasiyanın başlanması idi. Təəssüf ki, Rusiyanın tükənməz sərvətlərinin cazibəsinə qapılan Qərb dövlətlərinin başçıları, siyasi xadimlər və iş adamları bu təhlükəni görmədilər. Keçmiş sovet respublikalarından nüvə silahlarının Moskvaya təslim edilməsi üçün çalışan Qərb dövlətləri Gürcüstan və Ukraynanın Rusiya işğalına görə tarix və bəşəriyyət qarşısında məsuliyyət daşıyırlar.

Putinin Rusiya İmperiyasını nəzərdə tutduğu “tarixi Rusiya” ifadəsi, bütün postsovet respublikalarını Lenin tərəfindən yaradılnış “saxta” dövlətlər kimi dəyərləndirməsi Kreml sahibinin kimliyindən asılı olmayaraq Moskvanın müstəmləkəçi siyasət aparacağını təsdiqləyir. Aydın görünür ki, Rusiyanın imperiya siyasəti onun nəhəng çoğrafiyaya malik olmasının və rus xalqının demokratik dəyərlərə malik olmamasının sintezinin nəticəsidir.

Rusiya malik olduğu nəhəng çoğrafiyanı saxladıqça rus xalqı da müstəmləkəçi xalq olaraq qalacaq. Rus xalqının da müstəmləkəçi toplum olmaqdan qurtuluşunun da yolu Rusiyanın parçalanmasından keçir. Rusiya parçalanmadıqça bütün dünya üçün təhlükə olaraq qalacaq. Növbəti Yeltsin (Kirill Dmitriyev) Rusiyanın bir daha dünyanı heç vaxt təhdid etməyəcəyini vəd edə bilər. Hətta bunun üçün Alyaska ilə Çukotka arasında heç bir ciddi əhəmiyyəti olmayan tunel çəkməyi də təklif edə bilər. Lakin 1917 və 1991-ci ildə ildə dağılan imperiya qısa zaman sonra geri qayıdaraq qonşularına cəhənnəm yaşatdığı kimi, bunu üçüncü dəfə də edəcəyini tam əminliklə söyləmək olar.

Sovet İttifaqı dağıldıqdan sonra Qərbin dəstəyi olmasaydı Rusiya Federasiyası adlı xalqlar həbsxanası bütövlüyünü saxlaya bilməyəcəkdi. Əgər yenə Qərb yardım etməsə rəşadətli Ukrayna Silahlı Qüvvələrinin vurduğu ölümcül yaraların nəticəsi olaraq Rusiya imperiyası hökmən parçalanacaq. Bəşəriyyətin təhlüksizliyinin bu günlə müqaysidə daha təminatlı olması üçün Rusiya adlı xalqlar həbsxanasının parçalanması həyati əhəmiyyət daşıyır.

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Kadırov üçün yeni vəzifə hazırlayırlar” – Rusiya KİV-i

redaktor

Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA

redaktor

Üzməyi bacarmayan Ramzan Kadırovu boğulmaqdan son anda xilas oldu

admin