MaraqlıTarix

Malakanlar kimdir?

Malakanlar 18-ci əsrdə Rusiyada, Pravoslav kilsəsinin rəsmi qaydalarına və dövlətin dini nəzarət siyasətinə qarşı çıxan bir dini icma kimi yaranmışdır.
O vaxt rus Pravoslav kilsəsi orucluq dövrlərində süd və ət məhsullarının qəbulunu qadağan edirdi. Malakanlar isə bu qaydaya etiraz olaraq orucluqda da süd içirdilər. Buna görə də onlara “malakan” – yəni “süd içən” adı verilmişdir.
Onlar isə bu adı “mənəvi südlə – Tanrının kəlamı ilə qidalanmaq” kimi izah edirdilər.

Hal-hazırda Azərbaycanda malakanlar əsasən İsmayıllı (xüsusilə İvanovka kəndi), Şamaxı, Quba, Gədəbəy, Qəbələ, Bakı və Sumqayıt ətrafında yaşayırlar.

Malakanlar ümumiyyətlə Rus Pravoslav Kilsəsini və keşişləri qəbul etmir, dini mərasimləri sadə formada icra edirdilər.

 

Osman Eminov

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin İrandakı əməliyyatının adı nə məna daşıyır? – Elşad Miri

admin

Çində yeni insan növü: Homo juluensis nədir?

redaktor

Venesuela Cənubi Amerikanın şəlalələr və təbii sərvətlər ölkəsi

admin