Ramiz Mehdiyev postsovet Azərbaycanının ən xarixmatik dövlət adamıdır. Burada “dövlət adamı” sözünü pozitiv anlamda işlətmirəm. Necə ki, dövlət sözü həmişə pozitiv anlam daşımır. Eləcə də dövlət adamı sözü.
Təsadüfi deyil ki, hal-hazırda faktiki olaraq ali post (TŞ katibi vəzifəsindən əvvəl azad edilib) tutmayan Ramiz Mehdiyevi dövlət başçısının üst protokol səviyyəsində qəbul etdyini izlədik. Halbuki digər nazirlərin-istər “istefa” verənlərin, istərsə də yeni təyinat alanların qəbulu sərt iyerarxik qaydada, dövlət başçısının iş kabinetində baş tutmuşdu.
Bu protokol fərqi Azərbaycan xalqının ən böyük bəlası olan əliyevşinanın indiyə qədər möhkəmlənərək davam etməsində Ramiz Mehdiyevin rolunun böyüklüyünün, eyni zamanda onun dövlətin avtoritar iyerarxiyasının faktiki rəhbəri olmasının simvolik nümayişi idi.
O, həqiqətən də Azərbaycan avtoritarizminin xarizmatik lideri, idaretmə sistemnin açar fiquru, dövlət bürokratiyasının ağsaqqalı idi. Hal-hazırda köhnə kadrların yeniləri ilə əvəz olunmasının tək səbəbi (səbəblərindən biri yox) də mövcud siyasi elitanın Ramiz Mehdiyevdən başqa hansısa şəxsin ağsaqqallığını qəbul edə (siyasidən daha çox psixoloji məsələdir) bilməyəcəyinə görədir. İlham Əliyevin kadr “islahatı” da məhz bu yeni konstruksiyanı inşa etməyə yönəlib: Ramiz Mehdiyevi və onun iyerarxik zəncirini eyni zamanda dəyişmək.
Bu, Azərbaycan avtoritarizminin transformasiyasıdırmı?
Bəli, bu, mutasyon transfirmasiyadır.
Ramiz Mehdiyev sonrası Azərbaycan qrup avtoritarizmindən ailə avtoritarizminə transferini tam mənada tamamlamış olacaq. 2016-cı il referendumundan yarım il sonra konstitusiyonal olaraq dövlətin ikinci şəxsi olan birinci ledi, artıq həm də faktiki olaraq ikinci şəxs olacaq.
Ölkədə deyişikliyin olacağına ümidini itirən və bəlkə çıxış yolu avtoritarizmin öz içindəki evalyusiyadadır? düşüncəsi ilə “Paşayevlər klanı Naxçıvan klanından daha proqressivdir”. “İlham Əliyev islahat etmək istəyir, amma mane olurlar” deyənlərin gözləntisi ortadadır.
Bəs bu mutasiya ölkə üçün yaxşı nəsə vəd edirmi?
Əsla!
Mehdiyev sonrası avtotirazmin öz gücünü və amansızlığını sübut etməyə ehtiyacı olacaq. Necə ki, Heydər Əliyevdən sonra İlham Əliyevin buna ehtiyacı vardı və biz Heydər Əliyev dövrünə baxanda daha qədddar idaretmə metodunu izləməli olduq. Əliyevlər rejimi yenidən bənzər dəyişlikliklə üz-üzədir. Əmin olun ki, birinci ledinin özünün ikinciliyini sübut etmə dövrü qəddarlıq baxımından daha ardıcıl olacaq.
