CəmiyyətŞikayət

Naxçıvanın quru sərhədləri açıqdır, amma turist sayında kəskin azalma var. Niyə?

Naxçıvana gələn turistlərlə bağlı maraqlı və ən önəmlisi, detallı rəsmi statistika açıqlanıb: bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib – bu ötən ilin eyni dövrünə nisbətən 24,3 % azdır.

Maraqlı detal: hesabat dövründə Naxçıvanda xarici turist, yəni 27 355 nəfər – özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05 % azdır.

Tərcüməsi: Naxçıvanda xarici turistlərin (!!!) özünə aid mənzilləri (!!!), və ya ailə üzvlərinin məzilləri var. Yaxşı, bunun harası turist oldu, və ya, Naxçıvanda turist kimə deyilir?!

Lap maraqlı detal: qohumların və dostların evində qalanların sayı 26 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6 % azdır.

Tərcüməsi: Həzərat, hökumət deyirki, Naxçıvana bu ilin ilk 8 ayında 58 348 nəfər xarici vətəndaş TURİST olaraq gəlib. Və bunlardan 54 186 nəfəri ya öz evində, ya öz ailəsinə məxsus, ya da yaxın qohum və dostlarının evində qalıblar. Bəs yerdə qalanı? Gəlin hesabatın ardına baxaq.

Supper maraqlı detal: ən az turist mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1 191 nəfər. Bu, illik müqayisədə 34,6 % azdır.

Tərcüməsi: Həzərat, Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə, təxminən, 5 nəfər turist düşür. Digər gələnlər isə Türkiyə, Rusiya və s. ölkə pasportu almış naxçıvanlılardır, onlara da “turist” deyirlər.

Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır (Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları üçün) – buna baxmayaraq turist sayında kəskin azalma var, gələn yoxdur. Normal PR və yol, hekəya quruculuğu olsa, bir tək Əshabi-Kəhf mağarasına ildə onminlərlə turist gəlb etmək olar.

Nə isə, Naxçıvanla bağlı belə detallı statistik məlumat verənlərə təşəkkür edirəm, Azərbaycan üzrə eyni yanaşma ilə statistika olsa, bənzər mənzərəni görəcəyik – Rusiya, Türkiyə və s. ölkə vətəndaşları olan soydaşlarımızı turist kimi saymaqda davam edirlər.

Məhz buna görədir ki, ölkədə otellərin rəsmi doluluq səviyyəsi il ərzində 30%-i keçmir…

 

Natiq Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu yazıçılar AYB-dən imtina etdi – Siyahı – YENİLƏNİB

admin

Həqiqətənmi, Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddur?

admin

Aynur Camalqızı məhkəməyə verildi – İş icraata götürüldü

redaktor