CəmiyyətDünyaGündəm

Camaat kosmosa gedir, biz hələ evin sənədini ala bilmirik.

Amazon şirkətinin qurucusu Cef Bezosa görə, insanlıq qarşıdakı 20 ildə “sivilizasiya bolluğu” dövrünə qədəm qoyacaq. O, bildirib ki, 2045-ci ilə qədər milyonlarla insan kosmosda yaşayacaq, fiziki  işləri isə robotlar həyata keçirəcək.

Təəssüf ki, Bezos Azərbaycan haqqında proqnoz verməyib. Məsələn, milyonlarla insanın göydə yaşadığı bir vaxtda, yerdə yaşayan Azərbaycanlıların evləri sənədləşdiriləcəkmi? Yaxud, camaat kosmosda yaşayanda, bizim ölkədə kasıb ev tikib yaşamaq üçün yenə də icraya 3-5 min manat “şirinlik” verməli olacaqmı?
Və ya milyonlarla insanının hava sərhəddini keçib, kosmosda yaşadığı bir dövrdə, Azərbaycanda quru sərhədlər açılacaqmı?))

P.S Camaat kosmosda yaşamağa hazırlaşır, bizim vətəndaş kosmik qiymətlərin yükü altında əzilməkdədir.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun düşməni Tumso Abduraxmanov ölməyib?- İsveçdən ziddiyyətli xəbərlər

admin

Keçmiş deputatın oğlu kredit borcunu ödəmir?

redaktor

Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq – Video

redaktor