CəmiyyətTəhsil

“Ən böyük Mehdiyevçilər Abel Məhərrəmov və Elçin Babayevdir” – Sabiq deputat

“Ən böyük Mehdiyevçilər Abel Məhərrəmov və Elçin Babayevdir”.

Tacxeber.com xəbər verir ki,, bu fikirləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev feysbuk səhifəsində yazıb.

O bildirib ki, Ramiz Mehdiyevin həyat yoldaşı 22 ildir işə çıxmamasına baxmayaraq, onun üçün iki böyük kabinet yaradılıb:

“Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da “Hesablama riyaziyyati” kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet- iqamətgah yaradılıb.

R. Mehdiyevanın ixtisasca zooloq olan qızı BDU-da 2010-cu ildən “Sosial və pedaqoji psixologiya” kafedrasının müdiridir. Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”.

Sabiq deputat Elmin İnkişafı Fondunun Ramiz Mehdiyevin rəhbərliyi ilə fəaliyyət dövrünün ciddi yoxlanması gərəkdiyini bildirib.

“Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev və qurumun İcraçı direktoru Elçin Babayev olduğu dönəm çox ciddi yoxlanılmalıdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: mütəşəkkil dəstənin 19 üzvü tutuldu – VİDEO

admin

Seçim haqqını əlindən almaq təkcə ədalətsizlik yox, insan haqlarına zidd davranışdır.

redaktor

Ələkbər Yasamallı: “Rəşad Dağlı ilə görüşəcəyəm“

redaktor