13 C
Bakı
24 Mart 2026 17:22
DünyaSiyasət

“Rusları çox ciddiyə almayın”

NATO Baş katibi Mark Rutte Alyansın hərbi gücünə güvəndiklərini bildirib.

Tacxeber.com xəbər verir ki, bu barədə o Brüsseldə keçirilən NATO müdafiə nazirləri toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

Baş katib söyləyib ki, Alyans hazırda ən müasir avadanlıqlara sahibdir və 50-60 ildir bu işi görürlər:

“Ona görə də rusları da çox ciddiyə almayın”.

O, NATO-nun 1 milyard insanın təhlükəsizliyini qorumağa hazır olduğunu vurğulayıb:

“NATO bir müdafiə ittifaqıdır, amma heç kim bizim qətiyyətimizi sınamamalıdır. Alyans Rusiyadan 25 dəfə böyükdür və iqtisadi gücü 50 trilyon dollara çatır”.

M. Rutte həmçinin Ukraynaya dəstəyin artırılması barədə müttəfiqlərin razılığa gəldiyini bildirib:

“Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa əlaqəlidir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

İzmirdə müğənnidən qalmaqal: Türkiyə bayrağını görüb səhnəyə çıxmadı – VİDEO, FOTO

admin

Köçəryan seçiciləri Qarabağda müharibəyə başlayacağı ilə qorxutmaq istəmir

admin

Araik və Ruben faktiki olaraq Xankəndidən qaçdı

admin