DünyaSiyasət

Rusiya böyük problemlərlə üzləşəcək-ABŞ müharibə naziri

Rusiya Ukraynada müharibəni dayandırmasa, böyük problemlərlə üzləşəcək.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ müharibə naziri Piter Heqset “Ramşteyn” toplantısının açılışında deyib.

“Əgər bu müharibə sona çatmasa, qısa müddətdə sülhə yol tapılmazsa, ABŞ və müttəfiqləri Rusiyanın təcavüzünü davam etdirməsinə görə ona zərər vurmaq üçün lazım olan tədbirləri görəcək,” – deyə nazir bildirib.

Heqset əlavə edib ki, ABŞ NATO tərəfdaşlarını “sözləri əmələ çevirməyə” və Ukraynaya silah tədarükünü artırmaqla onun Rusiyaya qarşı müqavimət gücünü dəstəkləməyə çağırıb.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Laçın sərhəd-buraxılış məntəqəsində pasportlar və maşınlar belə yoxlanılır – İLK VİDEO

redaktor

Bricit kişi doğulub? – Makron əsəbiləşdi

redaktor

Demokratiya yoxsa diktatura? Bizi necə manipuliyasiya etmək istəyirlər?

admin