Bir dəfə ReAlın ofisində İlqar Məmmədov ilə ikili söhbətimiz olmuşdu. O, bilgisayarın arxasında, mən isə ofisin çölə açılan qapısının kəndarında. Saat 17:05… Söhbət Ramiz Mehdiyev ilə bağlı idi. Bu söhbət o qədər maraqlı söhbət olmuşdu ki… Və o, bildirmişdi ki. Mehdiyev….
İki gün öncə Prezident İlham Əliyev ilə Putin arasında keçən ikili görüş haqqında fikirlərimi ortaya qoymuşdum. Və bildirmişdim ki, Əliyev ilə Putin arasında görüş Moskvada deyil, məhz Düşənbədə keçirilir. Bu isə Əliyevin Putinə inamsızlığından qaynaqlanır. Və əgər Prezident Əliyev növbəti zamanlarda Moskvaya səfər etməyəcəksə…. Bu o deməkdir ki, keçirilən görüşün önəmi də o qədər yoxdur. Bağlı qapılar arxasında ikili görüşün olduqca aqressiv olma ehtimalı isə daha çox olub. Çəkilmiş fotolarda da Əliyevin üz mimikasındakı gərginlik özünü açıq aşkar biruzə verirdi. Bəlkə də Əliyev bu ikili görüşdə o qədər də maraqlı olmayıb. Ancaq Putin…
Hələ Çin səfəri zamanı qəflətən İlham Əliyevin olduğu məkana gələn Putin və rus mətbuatının ard arda açıqlamaları. Kimlərin xatirindədir ?
Bir daha paylaşıram.
ŞƏT+ sammiti öncəsi Kreml mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinin Əliyevlə görüşməkdə maraqlı olduğunu açıq şəkildə mediaya elan etmişdi. Belə ki, 31 avqustda, liderlər Çinə səfərə hazırlaşarkən Peskov belə bir açıqlama ilə çıxış edərək bildirmişdi ki: “Ümid edirəm ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev sabah ŞƏT sammiti çərçivəsində görüşmək imkanı əldə edəcək”.
Yerli mediamız xəbər verir ki, Kremlin sözçüsü özbaşına, şəxsi təşəbbüsü ilə bu “ümidi” ifadə edə bilməzdi: bu, Kremlin mövqeyi idi və deməli, Moskva, görüş üçün təşəbbüs göstərirdi.
1 sentyabrda isə Peskov növbəti açıqlamasını vermişdi: “Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə hələ danışmayıb”.
Və yenə mediamız açıqlama vermişdir ki, bu açıqlama (Peskovun açıqlaması) artıq görüşlə bağlı bir gün öncəki əminliyin kifayət qədər “zədələndiyi” təəssüratını yaradırdı.
Daha sonra isə nə cür oldusa bir jurnalist Putinə İlham Əliyev ilə bağlı sual ünvanlayır. Və cavab təbii ki, verilir, problemlərin olduğu qabardılır…
Bu gün isə… Rusiya Xarici İşlər Nazirliyi vurduqları AZAL təyyarəsi ilə bağı bəyanat ilə çıxış edib… (Sonradan Zaxarova belə bir bəyanatın olmadığını təkzib etdi)
Və ardınca belə bir məlumat da getdi…
Rusiya nümayəndə heyəti yaxın günlərdə Azərbaycana səfər edəcək. Səfərin məqsədi bu ilin sentyabr-oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında iştirak etməkdir. Rusiya idman naziri Mixail Deqtyarev Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” sessiyasında bildirib.
Bəs Rusiya mətbuatı bar bar bağırırdı ki, Azərbaycan MDB dən çıxmağa çalışır…
Sonra isə Düşənbədə keçirilən toplantı və ikili görüş…
Ardınca isə… Qyıdıram Mehdiyevə… Adama AMEA-dakı korrupsiya faktalraı ilə bağlı cinayət işi açılmaq üzrə idi. Ancaq Vətənə xəyanət ittihamı da ortaya çıxdı…
5-ci KOLONun siyahası Mehdiyevdədir…
99.9 % təmmizlənməyə start veriləcək… Gözləyək və yaşayaq görək regionumuzda və ölkəmizdə daha nələr baş verəcək.
