16 C
Bakı
16 Noyabr 2025 14:09
Dünyaİqtisadiyyat

Nobel mükafatı və rəqabətli mühitdə formalaşan “yaradıcı dağıntı”

Bu il İqtisadiyyat üzrə Nobel mükafatını innovasiyaya əsaslanan iqtisadi artım və yaradıcı dağıntı nəzəriyyəsini elmi şəkildə izah etdiklərinə görə Joel Mokyr, Philippe Aghion və Peter Howitt qazandı.

Onların nəzəriyyəsi təsdiq edir ki, iqtisadi inkişafın əsasında innovativ düşüncə, rəqabət və azad sahibkarlığın yaratdığı yaradıcı dağıntı dayanır. Yeni ideyalar köhnə sistemləri sıradan çıxarır, sahibkarlıq bu boşluğu daha səmərəli modellərlə doldurur, rəqabət isə bu prosesi davamlı və dayanıqlı edir.

Doğrusu, bu istiqamətləri son bir il ərzində dəfələrlə statuslarımda vurğulamışam. Çünki, rəqabət şəraitində sahibkar fəallığı və innovativ yanaşmalar inkişaf etməkdə olan ölkələr üçün davamlı iqtisadi yüksəlişin ən etibarlı yoludur

Bu gün artıq Nobel Komitəsinin də təsdiqlədiyi qlobal elmi həqiqət budur ki, inkişaf köhnəni qorumaqla deyil, azad sahibkarlığın iştirakı ilə formalaşan rəqabətli mühitdə yenilik yaratmaqla mümkündür.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Venesuelaya qarşı hərbi əməliyyata hazırlaşır və ABŞ siyasətinin “daxili mətbəxi”

admin

Putinin qorxduğu qadın… – Kreml Yekaterina Duntsovanı seçkiyə niyə buraxmır?

redaktor

Ukraynanın həm döyüş, həm də siyasət meydanlarında durum qarmaqarışıqdır

admin