Cəmiyyət

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq – Azərbaycanda

Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Həmçinin, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

Bundan əlavə, motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

 

Oxşar xəbərlər

Gələn ildən bir ailə üçün ünvanlı sosial yardım 500 manatdan çox olacaq

redaktor

Kameralı eynək almaq istəyənlərin NƏZƏRİNƏ: Zərəri xeyrindən də çoxdur

redaktor

“Microsoft Azerbaijan” bağlanır

admin