25 C
Bakı
13 Oktyabr 2025 15:31
GündəmKriminal

Günün absurdu

Bu gün Əli Kərimli bəylə Topumçuların məhkəməsinə getmişdik. Tanınmış hüquqşünas, media hüquqları üzərə ölkənin nadir mütəxəssislərindən biri Ələsgər Məmmədli artıq 3-cü iclas idi ki, sərbəst ifadəsini davam etdirirdi. Ancaq bu ifadənin sonluğu Kərbəlayi Zalın bomba əhvalatı kimi çox gülməli oldu.

Deməli, Ələsgər bəy həbs edilən zaman evində axtarış aparılıb və axtarışçılar zamanı özlərinin evə qoyduqları pulla yanaşı xeyli kağız-küğuz, müxtəlif sənədlər, tələbəlik dövründə istifadə edilən vaxtı ötmüş bank kartlı, əmək haqqı kartı və sair müsadirə ediblər.

Ən başlıcası odur ki, polis və istintaq orqanları axtarış zamanı Ələsgər bəyin evindən “tapdıqları” Gürcüstan metro kartın ona qarşıı irəli sürülən “qaçaqmalçılıq” ittihamını “əsaslandırmaq” üçün Georgian Bank kartı kimi sənədləşdiriblər. Bu da XXI əsrin bombası. Allah səni rəhmət eləsin təcrübəli qarodovoy Kərbəlayi Zal!

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Milli geyimə görə Azərbaycan rəqsinə izn verilmədi

redaktor

Ötən gün həlak olan 2 polis əməkdaşları.

admin

“Azərbaycan bütün hərbi bazalarını İsrailin ixtiyarına verib” – İranlı din xadimindən CƏFƏNGİYAT

admin