13 C
Bakı
22 Aprel 2026 10:29
CəmiyyətDünya

Azərbaycanda doğum nisbəti son 90 ilin ən aşağı səviyyəsindədir.

Rəsmi məlumata görə 2024-cü ildə ölkədə hər 1000 nəfərə cəmi 10 doğulan düşüb. Bu 1935-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Doğum sayının azalmasının əsas səbəbləri sosial və iqtisadi amillərdir. Uşaq pulu verilməməsi, uşaqlı ailələrə dəstəyin göstərilməməsi, uşaq qidaları və ləvazimatlarının yüksək qiymətləri, hamiləlik və doğum xərclərinin bahalığı, eləcə də ərzaq məhsullarının qiymət artımı gənc ailələr üçün ciddi çətinliklər yaradır.

Bundan əlavə gənclər arasında işsizlik və mənzil probleminin mövcudluğu ailə qurmaq və ya bir neçə uşaq sahibi olmaq istəyini məhdudlaşdırır. Nəticədə bir çox ailələr ya ümumiyyətlə uşaq sahibi olmur, ya da bir uşaqla kifayətlənir.

Demoqrafik göstəricilərdəki bu eniş gələcəkdə ordu və əmək bazarında ciddi insan resursu çatışmazlığına səbəb olacaq.

 

Elyar İslamoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilənlər dindirilib: “O, Aşuranı təhqir edib”

redaktor

Süni intellekt ofis işçilərini əvəz edəcək

redaktor

Ən çox Data Mərkəzi olan ölkələr

admin